Yeni antikorrupsiya həbsləri - Daha hansı məmurlar hədəfdə?

Yeni antikorrupsiya həbsləri - Daha hansı məmurlar hədəfdə?Son günlər ölkədə yeni antikorrupsiya həbsləri başlayıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bir sıra rayonların bələdiyyələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə 2020-2022-ci illər ərzində Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədovun həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Şəki ərazi şöbəsinin rəisi Mübariz Paşayev, Qazax ərazi şöbəsinin rəisi Ehtiram Eyvazov, Beyləqan rayon şöbəsinin rəisi Elsevər Paşayev, eləcə də bələdiyyələrin və digər aidiyyəti qurumların vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında İldırım Məmmədov, Əsəd Nəsibov, Mübariz Paşayev, Ehtiram Eyvazov və Elsevər Paşayevə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan sonra Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi barədə məlumat yayılıb. Baş Prokurorluqdan verilən məlumata görə, Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərovla qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. A.Rəcəbov ötən ilin dekabrında mədəniyyət naziri Anar Kərimovun əmri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinə müdir təyin olunubmuş.

Gözlənilir ki, yaxın günlərdə vəzifəli şəxslərin antikorrupsiya ifşalarının əhatə dairəsi genişlənəcək. Məlumatlarda həbslərin "vətəndaş müraciəti əsasında keçirildiyi" deyilir. Bu isə o deməkdir ki, vətəndaşların ciddi rüşvətxorluq olduğu sahələrlə bağlı bu cür müraciətləri diqqətdən kənarda qalmır. İkinci bir tərəfdən, məmurlar vətəndaşlara "hara istəyirsən şikayət et, heç kim mənə heç nə edə bilməz" kimi saymazyanalığa cəsarət etməyəcək. Məlumdur ki, bu cür hallar var və ölkədə xüsusilə əyalətlərdə əhalinin məmurlardan narazılıqları çoxdur.

Həbslərin indi başlaması təsadüfdürmü? Həbslərin miqyası və əhatə dairəsi daha da genişlənə bilərmi? Bəzi sahələrdə bundan əvvəlki həbslər (məsələn, Mədəniyyət Nazirliyində) niyə məmurlara dərs olmur? Korrupsiya ittihamı ilə həbsxanada çox qalmayacaqlarınımı düşünürlər?

Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov "Yeni Müsavat"a bildirdi ki, bir neçə ildir ölkəmizdə korrupsiyaya qarşı çox ciddi mübarizə həyata keçirilir. Bunun üçün Baş Prokurorluq yanında xüsusi idarə də yaradılıb: "Eyni zamanda qeyd etməliyik ki, dəfələrlə Prezident İlham Əliyev də məmurlara korrupsiya məsələsi ilə bağlı çox ciddi xəbərdarlıqlarını bildirib və müvafiq orqanlara korrupsiya, rüşvətxorluğa qarşı çox sərt mübarizə aparılması barədə göstərişlər verib. Həmçinin cənab Prezident hansısa dövlət, hökumət qurumuna rəhbər təyin edərkən həmin şəxsləri qəbul edib və onların timsalında hər bir məmura necə işləmələri istiqamətində tapşırıqlarını verib, xəbərdarlıqlarını da edib. Ölkəmizdə son illərdə korrupsiya və rüşvətxorluğa görə çox ciddi həbslər də həyata keçirilib. Bütün bunlar onu göstərir ki, ortada ölkə rəhbərliyinin çox ciddi iradəsi var. Bütün vətəndaşlar, məmurlar dövlətin müəyyənləşdirdiyi qaydalara, qanunlara əməl etsinlər. Heç kim özünü qanunun üstündə hiss etməməlidir, hər bir məmur anlamalıdır ki, qanunları pozmaq, korrupsiya və rüşvətxorluqla məşğul olmaq cəzasız qalmayacaq. Heç kim nəyəsə görə arxayın olmamalıdır ki, yol verdiyi o cür əməlləri həmişə davam etdirə biləcək və cəzasız qalacaq. Həyata keçirilən həbslərdən, edilən xəbərdarlıqlardan nəticə çıxarmayanlar, nələrəsə arxayın olanlar bilməlidirlər ki, onlar da gec-tez əməllərinin qanuni cəzasını alacaqlar, qandallancaqlar, güzəşt olmayacaq. Hər kəs anlamalıdır ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, bu mübarizə istiqamətində həyata keçirilən həbslər müvəqqəti kampaniya xarakterli deyil".

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, cinayətin cəzasız qalması dövlətin əsaslarını sarsıdan, məmurlarda arxayınlıq yaradan amillərdən biri, bəlkə də birincisidir: "Heç kimə sirr deyil ki, ölkədə bir çox sahələrdə rüşvət və korrupsiya halları mövcuddur. Belə neqativ hallara qarşı xüsusilə də son zamanlar mübarizə aparılsa da, bir sıra mərkəzi və yerli icra strukturlarının rəhbər şəxsləri məsuliyyətə cəlb olunsalar da, təəssüf ki, cəmiyyətdə aparılan mübarizənin daha çox kampaniya xarakterli olması ilə bağlı təsəvvür formalaşmaqdadır. Belə təsəvvür yaranmasının əsasları da yox deyil. Çünki bir çox hallarda adı rüşvət, korrupsiya, dövlət əmlakını külli miqdarda talama cinayətlərində hallanaraq məsuliyyətə cəlb olunanların qısa zaman kəsiyində müxtəlif üsullarla həbsdən azad olunması faktları yetərincədir və bu da təbii olaraq insanlarda haqlı suallar yaratmaqla yanaşı, həm də bu şəxslərin hansı cinayət əməli törətməsindən asılı olmayaraq toxunulmazlığı ilə bağlı qənaətin yaranmasına səbəb olur. Bu kateqoriyadan olan məmurların məsuliyyətdən asanlıqla yayına bilmələri, layiqli cəzalandırılmaması təbii olaraq digərlərində də bir arxayınlıq yaradır və öz cinayətkar fəaliyyətlərini davam etmələrinə stimul verir. Halbuki yüksək etimad göstərilərək görəvləndirilmiş məmur neqativ hallara yol verirsə, tutduğu vəzifəyə adekvat olaraq daha sərt şəkildə cəzalandırılmalıdır ki, digərlərinə də dərs olsun. Hesab edirəm ki, yalnız belə olacağı təqdirdə rüşvət, korrupsiya, məmur özbaşınalığı da daxil olmaqla, digər neqativ hallara qarşı daha effektli mübarizədən söhbət gedə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1772   Tarix: 08 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?

Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda

22 sentyabr
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?

Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında

22 sentyabr