Moskva məhkəməsi Rövşən Əsgərovun şikayətini rədd etdi
Çərşənbə günü Moskva Şəhər Məhkəməsi "Nə? Harada? Nə zaman?" oyun şousunun iştirakçısı Rövşən Əsgərov barədə nasizmin reabilitasiyası ittihamı üzrə seçilmiş qiyabi həbs qərarını qüvvədə saxlayıb.
Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
"Məhkəmə Əsgərov barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl məhkəmə həmyerlimiz barəsinə istintaqın vəsatətini təmin edib və Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi üzrə (KİV və ya İnternetdən istifadə edərək nasizmin reabilitasiyası) tutulduğu və ya ekstradisiya edildiyi andan iki ay müddətinə qiyabi həbs şəklində həbs-qətimkan tədbirini təsdiqləyib.
Xatırladaq ki, Rövşən Sovet İttifaqı Marşalı Georgi Jukov barəsində məlum tarixi faktlarla bağlı sosial şəbəkədə paylaşım edib. Rusiya tərəfi isə bunu "Marşalının xatirəsini təhqir edən yalan məlumatların qəsdən dərc edilməsi" kimi qiymətləndirib. İndi ölkə qanunvericilinə əsasən, Əsgərovu 5 ilədək həbs gözləyir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1467 Tarix: 08 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabr