İrina Zukerman: "Problemi Azərbaycan kimi vasitəçinin köməyi ilə həll etmək olar"

İrina Zukerman: "Problemi Azərbaycan kimi vasitəçinin köməyi ilə həll etmək olar"Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranan təhlükəsizlik böhranı, üç ay yarımdır gedən genişmiqyaslı müharibə, bu fonda yaşanan gərginlik, hətta kütləvi qırğın silahlarının tətbiqinə dair bəyanatlar və s. məqamlarla bağlı milli təhlükəsizlik məsələləri üzrə amerikalı ekspert, "The Washington Outsider" qəzetinin baş redaktoru İrina Zukerman Oxu.Az-a fikirlərini bildirib.

Şimali Atlantika Alyansında yetişən böhran vəziyyəti, Türkiyə-Yunanıstan münasibətləri, Ankaranın ədalətli olaraq İsveç və Finlandiyanın NATO-ya qəbulunun əleyhinə olması ilə bağlı məsələlər barədə danışan İrina Zukerman Yunanıstan və Türkiyə münasibətlərinin iqtisadi məsələlərlə əlaqəli olduğunu bildirib.

"Bu, yeni bir şey deyil. Amma indi Ankara "Ukrayna böhranı" ilə bağlı danışıqlar prosesində əsas gücə malik tərəflərdəndir və düşünürəm ki, Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsi üçün maksimum iqtisadi fayda əldə etmək məqsədilə mövcud durumdan istifadə etmək qərarına gəlib.

İsveç və Finlandiyanın NATO-ya daxil olmasına gəlincə, burada hər şey tam aydındır. Ankara öz mövqeyindən geosiyasi mənfəət üçün istifadə edir. Türkiyə Helsinki və Stokholmu kürdləri, xüsusilə də PKK-nı dəstəkləməkdə ittiham edir. Eyni zamanda hamıya aydındır ki, NATO öz sıralarını genişləndirməklə bağlı addımlardan boyun qaçıra bilməz. Lakin Şimali Atlantika Alyansı nəzərə almadı ki, Türkiyə onu maraqlandıran məsələləri həll etmək üçün bütün imkanlardan istifadə edəcək...", - deyə amerikalı ekspert qeyd edib.

Bayden administrasiyasının Azərbaycana yanaşması ilə bağlı da fikirlərini bölüşən Zukerman Azərbaycanın mühüm enerji təchizatçısı olaraq dünyada gedən son proseslərdə önəmli vasitəçi kimi rol oynaya biləcəyini bildirib.

"Azərbaycan mühüm enerji təchizatçısıdır. Rusiya da Avropa və müəyyən mənada hətta ABŞ-a iqtisadi təzyiq göstərmək üçün neft və qaz faktorundan istifadə etməyə çalışır. Ona görə də, Azərbaycan bu məsələdə müttəfiqdir. Bundan əlavə, Türkiyə ilə münasibətlərinizi nəzərə alsaq, Bakı həm də NATO üçün mühüm tərəfdaşdır. Burada İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsinə qayıda bilərik. Problemi Azərbaycan kimi mühüm vasitəçinin köməyi ilə həll etmək olar", - deyə o vurğulayıb.

Amerikalı ekspert Ağ Evin müttəfiqləri olmadan öz maraqlarını yürüdə bilməyəcəyini anladığını qeyd edib və bu yaxınlarda Co Baydendən Azərbaycana iki təbrik mesajının - Müstəqillik Günü şərəfinə və Bakı Enerji Həftəsi ilə əlaqədar təbriklərin gəlməsinin də təsadüfi olmadığını bildirib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1494   Tarix: 09 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr