Siqaret bahalaşsa, çəkənlərin sayı azalacaq? - Psixoloqdan CAVAB
Son günlərdə mediada siqaretin qiymətinin artacağı haqqında yayılan xəbərlər ictimaiyyətdə ciddi rezonans yaradıb. Nəzərə alsaq ki, ölkəmizdə siqaret çəkənlərin sayı yetərincə çoxdur, tütün məmulatlarının bahalaşması insanlara necə təsir göstərir? Bu qərar onları zərərli vərdişdən çəkindirə və siqaret çəkənlərin sayını azalda bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az saytına psixoloq Vəfa Əkbər açıqlama verib.
O bildirib ki, siqaretin qiymətinin qalxması siqaret çəkənlərə təsir etmir, çünki bu nikotin asılılığıdır:
"Əksinə, siqaret çəkən şəxslər daha da gərginləşə, özünə qapana bilərlər. Həmin şəxslər yeni qiymətə adaptasiya olana qədər çətin dövrdən keçəcəklər.
Məsələ qiymətin artması yox, insanın siqaretlə bağlı düşüncələrini dəqiqləşdirməsi ilə bağlıdır. Siqaret istifadə edən hər kəs "Siqaret ona nə üçün lazımdır?", "Onun hansısa problemlərini həll edir ya yox?", "Niyə insan bundan asılıdır?" kimi suallara cavab tapmalıdır. Psixoloji hissəni aşıb, həmin periodları keçərsə, siqaretin qiymətinin qalxması ona o qədər də təsir etməyəcək, amma gərginlik artdığı və rahatlıq tapa bilmədiyi üçün o, siqaretin sayını artıracaq.
"Siqaretin qiymətinin qalxması siqaret çəkənlərin sayının azalmasına səbəb olacaq" fikri absurddur. Nikotin asılılığı olan insanların siqaretə başlaması üçün sadəcə bəhanə lazımdır. O bəhanə tapılan kimi siqaretə qurşanırlar. İkinci faktor isə stress, gərginlikdir. İnsan özünü çarəsiz, çıxılmaz vəziyyətdə hiss etdiyi, olduğu yerdən yox olub "buxarlanmaq istədiyi" üçün siqaretə ehtiyac duyur. Bu da nikotin asılılığı yaradan səbəblərdəndir. Problem həll olunsa belə, bədən nikotinə öyrəşdiyi üçün orqanizm siqareti tələb edir. Bu kimi problemlərlə rastlaşmamaq üçün insanlar müəyyən seanslara yazılmalıdırlar".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı