Telefonlarla bağlı XƏBƏRDARLIQ - Belə istifadə ömrü qısaldır...
ABŞ-da "Buck" İnstitutunun apardığı araşdırma nəticəsində məlum olub ki, telefon ekranına uzun müddət baxmaq həm gözlərə, həm də digər orqanlara zərər verir.
Sfera.az bildirir ki, mütəxəssislər milçəklər üzərində apardıqları araşdırmada ekran işığına daha az məruz qalanların daha uzun yaşadığını müəyyən ediblər. Onlar belə işıqların insan orqanizminə zərər verdiyini açıqlayıblar.
Uzun müddət ekranlara baxmağın gözlərdə iltihaba səbəb ola biləcəyini izah edən elm adamları, gözlərin davamlı olaraq xarici dünya ilə qarşılıqlı əlaqədə olduğuna və immun müdafiə sistemlərinin daha aktiv olduğuna diqqət çəkib.
Araşdırmaya rəhbərlik edən professor Pankaj Kapahi aşağıdakıları bildirib:
"Uzun müddət kompüter və telefon ekranlarına baxmaq və işıq çirkliliyinə məruz qalmaq sirkadiyalı nizamı pozur. Bu vəziyyət gözün immunitetini zədələyir və görmə qabiliyyətindən kənarda bədənin qalan hissələrinə və beyinə zərər verir".
Mütəxəssislər göz sağlamlığı ilə ümumi sağlamlıq arasında əlaqə olduğuna diqqət çəkiblər. Alimlər onu da vurğulayıblar ki, ekrana uzun müddət baxmaq insan ömrünü qısaldır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1521 Tarix: 09 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabr