Şəkidə qəzaya düşən məktəblilərin ekskursiyaya getmələrinə kim icazə verib?

Şəkidə qəzaya düşən məktəblilərin ekskursiyaya getmələrinə kim icazə verib?Mayın 5-də Şəkidə baş vermiş ağır yol qəzası barədə məlumat vermişdik.
Olayla bağlı bildirilirdi ki, həmin gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində "ISUZU" markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlum olub ki, avtobusda olanlar Samux rayon sakinləridir.

Demokratik.Az hadisənin maraqlı detallarına vara bilib. Demə, gəzmək məqsədilə Samux rayonundan Şəkiyə aparılan 11 nəfər şagird Samux rayonu 3 saylı tam orta məktəbinin şagirdləridir. Eləcə də, şagirdlər Şəkiyə (ekskursiyaya) sinif rəhbərinin təşkilatçılığı və məktəbin müvəqqəti direktor əvəzinin razılığı əsasında yollanıblar. Xəbərə rəsmi açıqlamada məhz bu detal gzilədilib.
Şəkidə qəzaya düşən məktəblilərin ekskursiyaya getmələrinə kim icazə verib?Maraqlısı həm də odur ki, Kolayırda yerləşən sözügedən məktəbə hələ ki, direktor təyin edilməyib. Məktəbə uzun illər Samux rayon təhsil sektorunun hazırki müdiri Nurlana Həsənova rəhbərlik edib. İndinin özündə də məktəb Nurlana Həsənovanın xüsusi kurasiyasında - total nəzarətində saxlanılıb. Belə olduqda da, xanım təhsil müdirinin də şagirdlərin qanunsuz (rəsmiləşdirilmədən) Şəkiyə getmələrindən əvvəldən xəbərdar olduğunu çəkinmədən söyləmək, bu olay üzrə buraxılan təhsil özbaşınalığı barədə redaksiyamıza verilən bilgilərlə razılaşmaq olar.

Məlumdur ki, Təhsil Nazirliyi pandemiya dövründə məktəblilərin ekskursiyaya aparılması qadağan edilib. İndi pandemiyanın ağır şərtləri aradan qalxsa da, şagirdlərin toplanaraq bölgələrə aparılmaları, yalnız bir günlük faydalı ekskursiyaların təşkili üçün müvafiq qaydalar mövcuddur. Qaydalar isə deyir ki, ekskursiyaların təşkili tədrisin praktiki faydalılığını təmin etməklə yanaşı, şagirdlərin təhlükəsizliyi nəzərə alınmalıdır. Bunun üçün ekskursiyanın məqsədi və yeri seçilməklə təhsil müəssisələri üçün müəyyən edilmiş tövsiyələrə əməl edilməli, hər bir detal razılaşdırılmaqla rəsmiləşdirilməlidir.

Aldığımız məlumatda iddia edilir ki, sözügedən Samux məktəblilərinin Şəkiyə getmələri rəsmiləşdirilməyib. Ekskursiyanın təşkili prosesindən təhsil başbiləni Nurlana Həsənova xəbərdar olsa da, bu barədə Gəncə Regional Təhsil İdarəsi məlumatlandırılmayıb və rəsmi icazə mövcud olmayıb. Yəni, hansısa maraqlar müqabilində Samux məktəbindən Şəkiyə spontan səyahət özbaşınalığı ortaya çıxıb.

Hazırda hadisə üzrə müvafiq araşdırmalar aparılır, inanırıq ki, ağır avtoqəza ilə nəticələnmiş ekskursiyanın səbəbləri dəyərləndirilərkən, Nurlana Həsənovadan və məktəbin müvəqqəti direktorundan da haqq-hesab soruşulacaq...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1921   Tarix: 09 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr