Avtomobil bazarında vəziyyət necədir? - ARAŞDIRMA
Azərbaycana xaricdən avtomobillərin gətirilməsi və dövlətin elektromobillərə tətbiq etdiyi güzəştlər son vaxtlar avtomobil bazarına müəyyən təsirlər edib.
"APA-Economics" avtomobil bazarının son vəziyyətini araşdırıb.
Avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev bildirib ki, ilin əvvəlindən başlayan durğunluq may ayının əvvəllərinə qədər davam edib. Ötən ayın ortalarından isə avtomobil bazarında canlanma müşahidə olunur. Səbəb isə avtomobillərin qiymətinin aşağı düşməsidir. Belə ki, əvvəl qiyməti 12 min manat olan avtomobillər doqquz min manata təklif olunur:
"Bazarda "Kia" ("Rio"), "Opel" ("Astra"), "Toyota" ("Prius") markalı avtomobilləri əldə etmək üçün fərdi şəxslərin 500-1000 manat ilkin ödəniş və günlük 20-25 manat ödəməsi yetərlidir. Nəticədə, bazarda nağd alışın azalması sözügedən maşınların qiymətinin enməsinə səbəb olub. Hazırda istehsal tarixi 2008-2009-cu il olan ekonom avtomobillərin qiyməti 9-12 min manat arasında dəyişir".
Ekspert "ikinci əl" avtomobil bazarında ənənəvi olaraq ilk yeri Koreyanın, ikinci və üçüncü yerləri isə ardıcıl olaraq Yaponiya ilə Almaniya istehsalı olan avtomobillərin tutduğunu deyib. Yeni avtomobillər içərisində isə Çin istehsalı olan avtomobillərə tələb artmaqda davam edir. Yerli istehsaldan "Chevrolet" və "Khazar"a, lüks seqmentdə isə "Mercedes-Benz" və "Toyota" markalı avtomobillərə ehtiyac duyulur.
Son dövrlərdə ekoloji təmiz avtomobillərə marağın artığını deyən Eyyub Əliyev prezidentin sərəncamına əsasən ölkəyə bu qəbildən olan avtomobillərin gətirilməsi üçün işlərin davam etdiyini də bildirib:
"Bu gün ölkəyə məhdud sayda gətirilən istehsal tarixi yeni olan elektromobillərin qiyməti 40-50 min manatdan yüksəkdir. Haqlı olaraq vətəndaşlarımız dövlət tərəfindən qəbul ediləcək struktur əsasında yeni model və daha münasib qiymətə avtomobillərin idxalını gözləyirlər".
Avtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə qeyd edib ki, ilin əvvəllərində xarici amillərin təsiri ilə qiymətlərdə 2-5% artım müşahidə olunsa da, hazırda avtomobil bazarında kəskin qiymət artımı və ya düşməsi müşahidə olunmur:
"Azərbaycanda avtomobil bazarında aktivlik müşahidə edilir, ölkəyə həm yeni, həm də köhnə avtomobillərin idxalı həyata keçirilir. Real vəziyyətdə yeni avtomobil bazarı köhnə avtomobil bazarına nisbətdə daha aktiv hesab edilir. Buna səbəb isə 1 yanvar 2022-ci il tarixindən etibarən ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin ƏDV-dən (Əlavə Dəyər Vergisi) azad edilməsidir. Bu isə vətəndaşlarda bu növ avtomobillərə olan marağı artırıb".
Ekspert deyib ki, Rusiya istehsalı olan avtomobillərə bölgələrdə daha çox ehtiyac var, çünki ABŞ, Avropa və Yaponiya istehsalı olan avtomobillərin rəsmi servisi yoxdur. Bu səbəbdən də bölgələrdə asan təmir olunan və ucuz başa gələn Rusiya istehsalı olan avtomobillərə üstünlük verilir:
"Bununla yanaşı, Cənubi Koreya, ABŞ, Yaponiya, Çin və Avropa İttifaqına üzv olan ölkələrin istehsal etdiyi avtomobillərə ölkəmizdə yetərincə tələb var. Düşünürəm ki, tezliklə Rusiya, avtomobil sənayesində baş verən böhran səbəbi ilə yerini Çin istehsalı olan avtomobillərə verəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı