"Özəl kanallarda reytinq, ağlaşma, səs-küy xətrinə həmin qadınları efirə çıxarırlar..."
"Özəl kanallarda reytinq, ağlaşma, səs-küy xətrinə həmin qadınları efirə çıxarırlar..."
"Bu verilişlər elə ailə institutunu dağıtmaq üçün nəzərdə tutulub. Belə verilişləri Avropadan bizə ötürüblər, özləri də bunu çox ağılla hazırlayıblar. Yəni bizim ağlımıza gəlməz belə edək. Məqsədləri də bəllidir".
Sonxeber.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas televiziyalarımızda yayımlanan özəl verilişlər haqqında danışarkən deyib. Yazıçı bu cür verilişlərin qarşını almağın da mümkünsüz olduğunu bildirib:
"İndi bu verilişlərin də qarşısını almaq mümkün deyil. Demokratiyanın bu üzü də var. Özəl kanallarda reytinq, ağlaşma, səs-küy xətrinə bu verilişləri yayımlayırlar. Eyni verilişlər hamısında yayımlanır. Bunun qarşısını almaq üçün isə gərək senzura tətbiq edəsən və onda da dünya bizə gülər ki, iyirmi birinci əsrdə senzura tətbiq edirlər".
A.Abbas bu məsələlərin qarşısını almaq üçün Qeyri-Hökumət Təşkilatlarının da fəaliyyətindən danışıb:
"Azərbaycanda təxminən səhv etmirəmsə beş minə qədər Qeyri-Hökumət Təşkilatı var və onun yalnız 10-12-si öz işiylə məşğuldur. Qalanları isə elə o qadınları tapıb efirə gətirənlərdir. QHT-lər elə pul silməkdən ötrü düzəldilən bir təşkilatdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1385 Tarix: 11 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrÜç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
10 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabr