Bakıda taksilərdə kondisionerə görə əlavə 1 AZN tələbi - sürücü özbaşınalığı, ya şirkətlərin qanunsuzluğu?..
Elxan Əliyev: "Taksi sürücülərinin tələbi sadəcə gülünc yanaşmadır"
Yay ayları ərzində taksi xidmətindən istifadə edən müştərilərin kondisionerə olan tələbatı normal olaraq artır. Lakin tələbatın yüksək olması bir sıra problemləri də özü ilə gətirir. Taksi sahəsində mövcud problemlərdən biri də taksi sürücülərinin kondisioner işlədiyi təqdirdə müştəridən əlavə ödəniş tələb etməsidir. Əsasən 1 manat civarında tələb olunan bu ödəniş məbləği isə sərnişinlərin narazılığına səbəb olur.
Narazılıq fonunda maraq doğuran sual yaranır ki, kondisioner istifadəsinə görə əlavə ödəniş etmək normaldırmı? Sürücülərin sərnişindən kondisionerə görə əlavə ödəniş istəməsi şirkət tərəfindən tələb olunur, yoxsa bu hal sürücülərin şəxsi istəyidir?
"Kondisioner işləyəndə əlavə yanacaq sərfiyyatı yaranır və sürücü ziyana düşür, amma işlədiyi şirkət bunu nəzərə almır və öz maraqlarını güdür"
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, taksi sürücülərin tələbi sadəcə gülünc yanaşmadır: "Bəzi sürücülərin bu tələbi taksi xidməti sahəsində çox biabırçı mənzərə yaradır. Məlum tendensiyanın qarşısını almaq üçün taksi sahəsində müəyyən nizam-intizama ehtiyac var. Belə ki, vahid qiymət sisteminin tətbiqi zəruridir. Bu sistemdə tariflər həm sərnişinlər, həm də sürücülər üçün səmərəli olmalıdır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, sərnişinlər ekonom və komfort taksi xidməti barədə öncədən məlumatlandırılmalıdır: "Onlayn sifariş zamanı belə ekonom və komfort xidmətlə bağlı müvafiq bölmələr yerləşdirilməlidir. Sərnişin-sürücü münasibətlərinin pozulmaması üçün bu addımın atılması məqsədəuyğundur. Ümumilikdə taksi sahəsində tariflər normal şəkildə müəyyən edilməlidir. Nəticədə şirkətlər sürücüləri istismar edə bilməz".
Ekspertin sözlərinə görə, problemin həlli üçün taksi fəaliyyətində vahid tarif siyasəti yaradılmalıdır: "Xarici şirkətlər Azərbaycanda taksilərin qiymətini müəyyənləşdirir. Buna görə də kondisionerə görə əlavə ödənişlər tələb olunur. Kondisioner yananda əlavə yanacaq sərfiyyatı yaranır və sürücü ziyana düşür. Amma işlədiyi şirkət bunu nəzərə almır və öz maraqlarını güdür. Problemin həlli üçün də taksi xidmətində vahid tarif siyasəti yürüdülməlidir"./Bakixeber
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"