Universitetdə müzakirələrə səbəb olan ilan elanı ilə bağlı AÇIQLAMA
Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Mühəndislik Universitetinin həyətində ilanların olması ilə bağlı məlumat paylaşılıb. Bu gün isə ali təhsil ocağının həyətində yerləşən ağaca yapışdırılan elan diqqət çəkib. Elanda ilan şəkli yer alıb və "Ehtiyatlı olun" deyə xəbərdarlıq edilib.
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "Qafqazinfo"ya məlumat verən universitetin mətbuat katibi Elman Babayev bildirib:
"Universitet rəhbərliyi aiddiyyəti üzrə Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edib. Bu gün universitetin bütün ərazisi dərmanlanıb, ilanlara qarşı tədbir görülüb"
Ağaca yapışdırılmış elanla bağlı E. Babayev qeyd edib ki, dərmanlanma işi aparıldığı üçün universitet bağlı olub:
"Şəklin kim tərəfindən yapışdırıldığından xəbərim yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2066 Tarix: 11 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabr