Xankəndidə GƏRGİNLİK: Sülhməramlılar Qarabağdan ÇIXARILIR – Rəhbəri isə…

Xankəndidə GƏRGİNLİK: Sülhməramlılar Qarabağdan ÇIXARILIR – Rəhbəri isə…Ötən həftə Xankəndinə Ermənistandan bir neçə qanunsuz səfər oldu ki, bu da cəmiyyətdə Rusiya sülhməramlıları ilə bağlı narahatlığı daha da artırdı. Qeyd edək ki, ötən həftə Ermənistanın baş prokurorunun və İrəvandakı ali məktəblərin bir neçə rektorunun qanunsuz olaraq Xankəndinə gəldikləri deyilir. Son olaraq, iyunun 8-də separatçıların lideri Araik Arutyunyan Erməni Ümumi Xeyirxahlar İttifaqının Ermənistan bölməsinin prezidenti Vazgen Yakubyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ekspertlər hesab edirlər ki, bu cür qanunsuz səfərlərlə bağlı etirazları çatdırmaq üçün Qarabağdakı sülhməramlıların rəhbərliyi Bakıya çağırılmalıdır. İctimaiyyət bilməlidir ki, sülhməramlılar Qarabağda nə işlə məşğuldurlar. Yada salaq ki, bu ilin yanvarından Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edir. General-mayor Andrey Volkov Rusiyanın Kostroma vilayətində Kimyəvi Müdafiə Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. İlk xidmətinə Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında leytenant rütbəsində başlayıb. Volkov 1986-cı ildə Əfqanıstanın Künduz şəhərində 201-ci motoatıcı diviziyasının tərkibində xidmət edib. 1 il sonra isə mayor rütbəsində Baqlan əyalətinin Puli-Xumri rayonundakı motoatıcı alayda xidmətə başlayıb. Əfqanıstandan sonra Volkov yenidən Şimali Qafqazda xidmətə qayıdaraq Qroznı ətrafında yerləşən özüyeriyən artilleriya alayında kimya xidməti rəisi işləyib. 1999-cu ildə Şimali Qafqaz Hərbi Dairəsinin 58-ci birləşmiş ordusunun Radiasiya, Kimyəvi və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsində çalışıb. Andrey Volkov 2017-ci ildə Suriyada xidmətə göndərilib. Andrey Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına kimi Qarabağdakı rus sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradovun müavini olub.

Sonxeber.az musavat.com-a istinadən bildirir ki, bu arada isə Qarabağda olan Rusiya sülhməramlılarına Ukraynada ehtiyac duyula biləcəyi haqda xəbərlər yayılıb. Amerikalı analitik İrina Tsukerman milli.az-a açıqlamasında deyib ki, Rusiya Ukraynadakı müharibə səbəbindən Gürcüstandan və ya başqa yerlərdən fəal döyüşçüləri çıxarmalı ola bilər: "İşlərin necə getməsindən asılı olaraq, hətta Qarabağdakı sülhməramlılara da Ukraynada və digər başqa yerlərdə ehtiyac duyula bilər. Bununla belə, bunun yaxın gələcəkdə baş verməsi ehtimalı yoxdur, çünki bu, strateji bir yerdə nəzarət və təsirin itirilməsi demək olar. Rusiya hələ o qədər ərazi, maliyyə, siyasi və kadr xərcləri ilə üzləşməyib ki, küncə sıxışdırılıb hansı ərazini saxlayacağını seçmək məcburiyyətində qalsın. Qarabağdakı sülhməramlılar minimal zatən səviyyədə saxlanılır ".

Xankəndində isə "dövlət xaini" həbs edilib. Erməni mediasının yazdığına görə, "artsax"ın "milli təhlükəsizlik xidməti" "dövlətə xəyanət" faktını açıb. Bildirilir ki, "əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci ilin yanvar-fevral aylarında "artsax respublikası"nın vətəndaşı L.G. Facebook sosial şəbəkəsində qız adı ilə qeydiyyatdan keçib və "xarici kəşfiyyat xidmətlərinin nümayəndələri" ilə əlaqə yaradıb.

"2021-ci ilin fevralından 2022-ci ilin may ayına qədər olan müddətdə o, mövqelər, hərbi heyət və texnika, cəbhə xəttində döyüş növbətçiliyi və Rusiya sülhməramlıları haqqında məxfi məlumatları ötürüb" deyə, məlumatda bildirilir. Bildirilir ki, keçmiş hərbçi mükafat kimi təxminən 2 min dollar alıb. O, həbs edilib və artıq "günahını" etiraf edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4585   Tarix: 11 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr