Zaqatalada AĞIR QƏZA zamanı yaralanan müəllim öldü
Ötən gün Zaqatalada baş verən yol qəzasında ağır xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb.
Sonxeber.az-ın APA-ya istinadla məlumatına görə, 1988-ci il təvəllüdlü Zaqatala rayonu Əliabad qəsəbə sakini Elçin Rəcəb oğlu Bədirov Bakı şəhərindəki xəstəxanalardan birində ölüb.
Qeyd edək ki, iyunun 12-i səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində "Ford" markalı 62 BO 101 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə "VAZ 2106" markalı 62 BL 239 dövlət nömrə nişanlı minik avtomobili toqquşması nəticəsində 4 nəfər xəsarət almışdı. Yaralılardan ağır olan Elçin Bədirova və onun qohumu 1995-ci il təvəllüdlü Malik Şaban oğlu Bədirova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Qəza nəticəsində həyatını dəyişən Elçin Bədirov Əliabad qəsəbəsində fəaliyyət göstərən tam orta məktəblərdən birində dil-ədəbiyyat müəllimi işləyirdi.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3158 Tarix: 13 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrÜç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
10 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabr