Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – ŞokDövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər.

İlk baxışda adi cümlədir. Amma, bu ifşanın arxasında dərin, ən incə detaladək düşünülərək icra edilmiş kombinasiyalar sistemi var.

Sonxeber.az Milli.az-a istinadla təfərrüatı təqdim edir:

Əvvəlcə xüsusi reportajımızda şərti olaraq Fidan adlandırdığımız bu qızı dinləyək. 3 aydan sonra 16 yaşı tamam olacaq. Azyaşlı sayıldığından üzünü göstərmirik, səsini də azca dəyişmişik. Beləliklə, Fidanın da hər bir gənc kimi öz arzusu olub.

Amma öz həyatının əsas və köməkçi xətlərini çəkərkən yanılıb. Çox ciddi səhvlərə yol verib. Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində Fidan da olub.

Daha əvvəldən başlayaq: Deməli, Fidan öz vaxtını internet resurslarında keçirərkən təhlükəli tora düşür. Ermənistanın revanşist düşüncəli, antiazərbaycan, antitürk qrupun üzvləri ona fokuslanırlar və Fidan Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşıst qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatçıları nələri üzə çıxarıb: Birincisi, qarşı tərəfdən ötrü Fidanın əlverişli obyekt və ya istifadəyə yararlı xammal olmasının səbəblərini. Erməni xüsusi xidmətləri Fidanın zəif yerini müəyyənləşdirirlər. Bu, Fidanın Artura olan rəğbətidir. Artur Martirosyan isə sıradan biri deyil. O radikal, nasist "Haytarakan" qrupunun aparıcı simasıdır. Onun sosial şəbəkələrdəki səhifələrində hansı ideologiyanın daşıyıcısı olduğu aydın görünür.

Fidan özü də gizlətmir ki, Arturun fanatı olub. Və elə bu da kifayət edir ki, Erməni xüsusi xidmətləri Fidana müxtəlif məkanlardan, müxtəlif istiqamətlərdən təzyiq etməklə onu Artura doğru itələsinlər. Fidana Artur və qrupu müxtəlif təyinatlı tapşırıqlar verir. Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Bir səs yazısında biz onun bu işin öhdəsindən necə gəldiyini və qarşı tərəfə, onu nəzarətdə saxlayanlara necə qürrəylə hesabat verdiyini görürük. Danışdığı şəxs Karindadır. Əməliyyatda erməni xüsusi xidmət orqanlarının Fidanı təhkim etdikləri başqa bir tərəfmüqabili.

Fidan: "Mən bu gün Arturla danışdım. Soruşdum ki, necəsən, işlər necədi, cavab verdi ki, normaldı. O soruşdu ki, sən necəsən: mən ona, "oturmuşam da, azərilərin kütlüyünə dözürəm" dedim. O soruşdu: "Dərsdəsən", dedim ki, yox, dırnaq kursunda, buna qədər isə mən deyirdim ki, bir az sonra gedib videonu çəkərəm, amma çəkmədim. Sabah səhər tezdən gedib çəkərəm. Ona göndərərəm və deyərəm ki, bağışla. Dünən bacarmadım. Baxmaq istəmirsən mənim dırnaqlarıma? Əla alındı. Bu qədər gözləməyə dəyərdi. Müftə üçün çox yaxşıdı!"

Burda dırnaq mövzusuna aydınlıq gətirmək lazım gəlir. Çünki, Fidan onunla işləyən Karinayla danışanda dırnaqlarının onu ələ verəcəyindən narahat olduğunu göstərir. Dırnaqları nə üçün onu ələ verə bilərdi? Ona görə ki, çəkiliış apararkən, çəkdiyi şəkilləri tirajlayarkən əli, barmaqları, dırnaqları ön planda olacaq.

"Fidan" - moqut li viçeslit

"Necə bilirsən, manikürümdən mənim izimə düşə bilərlər? Doğrudan istəyirəm bir az cilalayım. İndi gedirəm salona, həm qaşımı aldırım, həm dırnağıma geli yaxşı yaxsınlar. Hələ ki, bilmirəm, orda yazırlar, biri o birisinə, biri o birisinə, amma məni axtarıb tapmaq yəqin ki, meşədə iynə axtarmaq kimi bir şeydi. Yəni mənim izimə düşüb tapmaq qeyri-mümkündür! Mən belə hesab edirəm".

Amma Fidan burda yanılır. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti meşədə iynəni tapa bildiyini sübut edir. Fidansa hələ ki öz aləmindədir, əlində olan şəkilləri Bakının mərkəzi küçələri boyu gəzdirir və çəkiliş aparır. Xoşbəxtdir...

"Fidan" - moqut li viçeslit

"Əlimdəkilər Şəhid plakatı olsaydı! Amma əlimdəki bu şəkillər ayrı bir dəhşətdir. Düşünürəm ki, Artur bundan sonra məndən vəcdə gələcək, məni sevəcək..."

Beləliklə, Fidan inanır ki, fanatı olduğu Artura hər gün daha da yaxınlaşır. Rəfiqəsi, daha doğrusu, erməni xüsusi xidmətlərinin planlaşdırdığı əməliyyatda obyektin rəfiqəsi olmaq tapşırığını Qazaxıstanda icra edən Karinadır. Özü demişkən, "hara gəldi soxulur yekə burnuyla!" O, Fidanı şirnikləndirir, yeni yeni addımlara təhrik edir... Özünün yerləşdiyi ərazini Fidana təqdim etmək də bu məqsədlədir. Ünvanın video-görüntüsü Fidanda inam yaratmaq məqsədi daşıyır.

Karina: İstəyirsən sənə göstərim. orda azərilər yaşayır. Burda hər yerdə onlar var. Bura bir baba gəlib, bilmirəm niyə? Bu isə mənim evimdir...

Fidan Artur uğrunda apardığı mübarizədə hər şeyi edir ki, qarşı tərəfin etibarını qazansın.

Fidanın səsi: Bütün gecəni oturmuşam Tiktokda canlı yayımda hərbçi azəriləri yıxıb-sürümüşəm...

İndi isə Siz Fidanın səsini iş başında eşidəcəksiniz. O, aldığı tapşırığı icra etməkdədir. Eyni zamanda yolunun üstdəki müşahidə kameraları haqqında da düşünərək.

Fidan: Karina, burda o qədər kamera var ki, hər küncdə, erməni mahnısı altında çəkmək... inanmıram məni azərilər tapsın, həm də burda adam o qədər çoxdur ki, inanmıram kamera qeydlərinə baxa bilsinlər və baxdıqlarında da mən düşə bilim. Düşsəm, batdım. Burda dirəkdə də bir kamera var...

Fidan sadəlövh deyil. O artıq prosesin içindədir. Bilir ki, etdiyi hərəkətlər ermənilərlə işbirliyidir. Nə qədər azyaşlı olsa da, şüuru bunu dərk etməyə imkan verir. Ona görə də xofludur. Qorxur.

Fidan: Azərilər məni hərəkət yerimdən də, foto çəkdiyim rakursdan da tapa bilərlər? Orda mən də düşə bilərəm kadra. Amma vecimə deyil. Sən necə düşünürsən?

Onu arxayın salan detallar var. Ona görə də kameraların çoxluğu həm də sakitləşdirir. Çünki Fidanın ağlına batmır ki, bu qədər kameraya kimsə sonadək baxa, hələ üstəlik də onun təsvirini onminlərlə, yüzminlərlə insanın içindən tapa bilər. Ona görə də Karinadan soruşur:

Fidan: "Necə bilirsən, azərilər dövlət kameralarlndan qeydləri necə əldə edə bilərlər? Axı dövlət kameralarından necə götürə bilərlər. Hardan bilərlər ki, kimsə bizim Bakını ermənilərə ötürmək üçün videoya çəkir. Necə bilirsən?

Deməli, tapşırıq icra edilib. Fidan ümumiyyətlə, razıdır. Amma bir az da narahat.

Fidan: Mən şəklin surətin çıxartdım. Amma mənim qırmızı manikürüm görünür...

Bir ara isə hətta nədənsə imtina da etmək istəyir. Bu zaman təhkim olunduğu, koordinatorluğu Qazaxıstandan edən Karina ona əməlli başlı təpinir.

Karina: "Sənin ananı... iş əsas yerə çatanda donub qalırsan. Elə axıradək. O (yəni Artur!) artıq səninlə danışmaq istəyir. Sən belə edirsən! Axıracan get. Bu bəlkə də taleyindi!

Fidan öz gələcəyini belə təsəvvür edir. Karinayla öz sözləri ilə desək, etdiyi qız söhbətlərində belə xəyallanır. Hətta istehza da etməyi unutnmur.

Fidan: Təsəvvür edirsən, məni federal axtarışa verirlər... mən gedib evdə saçımın rəngini dəyişərəm, paltarımı dəyişərəm, başımı keçəl qırxdıraram, ora böyük bir nəhəng Azərbaycan bayrağı tatu edərəm çəkərəm və deyərəm ki, mən sizi necə sata bilərm. mən vətənpərvərəm axi... görmürsüz mənim keçəl və tatulu başımı?

Rəfiqəsi Karina Fidanın hərəkətlərindən məmnundur və azərbaycanlılara olan nifrətini də söz arası üzə vurur.

Karina: Azəriləri incitmisən, sən azərilərin xətrinə dəymisən. Amma mən inanmıram ki, o qədər küt olasan ki, gedib manikürə görə axtarasan. Amma istənilən halda azərilərin bir yeri yanır, ona görə bütün kameraları qaldırıb baxacaqlar. İnanıram ki, hər şey normal olacaq və sən Qazaxıstana qaçqın kimi köçməyəcəksən. Allah eləsin ki, hər şey normal olsun

Fidan isə artıq öz məqsədinin, Arturla ünsiyyətin bir addımlığında olduğunu düşünür.

Fidan: Arturla görüş o qədər yaxındır ki, mən hətta ondan "Haytarak" barədə, belə mövzularda soruşuram. Mən az qala onlarla eyni kampaniyadayam, eyni pillədəyəm

Fidan özünü həbsxanada da təsəvvür edir. Fantaziyasında isə özünəməxsus dizayn qurub.

Fidan: "Məni tutub basacaqlar içəri. Üzümə erməni bayrağını tatu edəcəm. barmaqlıq arxasında oturacam bu tatuirovkaynan. Öz "srok"umu oturacam. Ondan sonra çıxacam ordan, olacam terrorist.

Fidan daha təhlükəli avantüralara da hazırdır. Artıq o antiazərbaycan, antitürk qrupun etimadı üçün ən ağlasığmaz addımlara belə qadirdir.

Fidan: Mənə elə gəlir ki, mənə deyəcəklər, get Heydər Əliyevin məzarını təhqir et və fotosunu "Haytarak"a göndər.

Beləliklə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatçıları Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda həyata keçirmək istədiyi əməliyyatı beləcə ifşa edir. Təhlillər göstərir ki, söhbət böyük bir qrupdan gedir. Bu qrup yalnız Artur Martirosyan, Karina Qazaryan və Sərkislə məhdudlaşmır. Onlar bir il ərzində Azərbaycandakı hədəfi - Fidanı müəyyənləşdirib, ətrafında iş aparıblar. Görəndə ki, artıq 15 yaşlı qızcığazın düşüncə tərzi ona istənilən tapşırığı vermək halına gətirilib, o zaman işə keçiblər. Bu qrupun üzvləri müxtəlif ölkələrdə, müxtəlif şəhərlərdə yerləşiblər... Qazaxıstanda, Rusiyada və s. Onları əlaqəli bir sistem birləşdirir. Seçilmiş obyektə eyni vaxtda bir neçə istiqamətdən müdaxilə edilir. Pressinq altında saxlanılır. Gah bu, gah başqa səmtdən informasiyalar, tapşırıqlar daxil olmaqdadır. Nəhayət, Karina Artura Fidanı "Haytarak" qrupuna lazım olan beyinin sahibi kimi o zaman təqdim edir ki, artıq o, tam hazır materialdır. Bundan sonra isə bir neçə ssenari hazırlayıb, ən uyğun olanını tətbiq ediblər.

Xatırlayırsızsa, Fidan söhbətində bir neçə ssenaridə iştirakını xatırlatmışdı. Guya Gəncədə yaşaması, zorlanması, qardaşına ərə verilməsi barədə. Sonda isə Qareginin şəkliylə Şəhidlər Xiyabanında çəkiliş etmək... tapşırığı alır. Əslində Ermənistan xüsusi xidmət orqanları yeni nəsə etmir. Onlar standart texnologiyalarla işləyirlər. Seçilmiş obyekt bir dəfə istifadə üçün hazırlanır. Onun sonrakı aqibəti onları maraqlandırmır. Təkrar edirik: Fidanın 16 yaşı hələ sentyabrda tamam olacaq. Ermənistan xüsusi xidmətləri üçün müqəddəs, toxunulmaz, tabu deyilən heç nə yoxdur. Dünyanın heç bir ölkəsinin xüsusi xidmət orqanı öz fəaliyyətində azyaşlılardan, uşaqlardan istifadə etmir. Amma Ermənistan xüsusi xidmət orqanları bu yolverilməz üsula da əl atır.

Sosial şəbəkələrin, Yutub kanallarının təhlükəsindən danışanda biz belə riskləri mütləq nəzərə almalıyıq. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatçıları Fidanı yaxalamaqla həm də xilas etdi. Əməliyyatın əhəmiyyəti, xüsusi dəyəri də ondadır ki, bu təkcə bir yeniyetmə qızı yaxalamaq deyil, Ermənistan xüsusi xidmət orqanlarının toruna düşmüş kimisə xilas etmək deyil. Dövlət Təhlükəsizliyi Xidməti mürəkkəb, çox gedişli, çoxqütblü bir taktikanı ifşa etdi. DTX eyni zamanda müəyyənləşdirdi ki, Ermənistan xüsusi xidmətləri eyni vaxtda bir neçə ölkədən - bir neçə millətlərin nümayəndələri vasitəsilə əməliyyat qururlar. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatının unikallığı da elə budur ki, peşəkarlarımız eyni zamanda bir neçə dövlətin cəlb olunduğu çoxşaxəli kombinasıyanı ifşa edib. Erməniklərin "Fidan"ı ələ keçirmək planı bir neçə mərhələdən keçmişdi. Onun videoçata çıxarılması son aktdır. Buna qədər xeyli gedişlər olmuşdu ki, biz sizinlə onları izlədik.

Baxın marşrutlara. Fidana tapşırıq verirlər ki, Njdenin şəkli və "Haytarak" nasist rəmzi fonunda 28 May meydanını çək. 28 May bizdən ötrü müqəddəsdir.

Fidana tapşırıq verirlər ki, oxşar çəkilişləri Şəhidlər Xiyabanında apar və bizə at. Şəhidlər Xiyabanı bizdən ötrü hansı mənanı daşıyır!?!

Fidana terorçu, faşist Njde Qareginin şəkli və Haytarakın rəmzi fonunda Dövlət Neft Akademiyasını videoya çəkmək tapşırığı da çoxmənalıdır.

Qaregin və "Haytarak", revanşistlər yəqin ki, bir neçə il bundan əvvəl terror aktı ilə üzləşmiş Neft Akademiyası binasının qarşısını məqsədli seçiblər. Burda bir terror xəbərdarlığı da ola bilər! "Haytarak", Njde Qaregin, revanşistlər, terror... bir-birini tamamlayan anlayışlardır...

Dövlət Təhlükəsizliyi Xidmətinə öz təhlükəsizliyinizi etibar edin, əlbəttə. Amma övladlarınızla da söhbət edin, danışın. Yoxsa bunu sizin yerinizə başqaları edəcəklər. O başqaları isə özümüzünkülər olmaya bilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3075   Tarix: 13 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021