Şəlalə İsmayılova saxlanıldı - 30 minlik dələduzluq...
Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildiirlib ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında Baş Cinayət Axtarış İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini Şəlalə İsmayılova saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Şəlalə İsmayılova işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri ilə ümumilikdə 10 nəfəri aldadaraq onların 30 min manata yaxın pulunu mənimsəyib. Saxlanılan şəxs əməlini etiraf edib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Şəlalə İsmayılovanın respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in "102" Xidməti Zəng Mərkəzinə, Mingəçevir Şəhər Polis Şöbəsinə, eləcə də aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər", -məlumatda qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Tacir Şahmalıoğlu əməliyyat olundu