ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib
ABŞ dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Kara Makdonald Azərbaycana gəlib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər iyunun 15-dək davam edəcək.
"Səfər zamanı o, hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək. Dövlət katibinin müavini K.Makdonald Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə Bürosunun Avropa, Cənub və Mərkəzi Asiya üzrə fəaliyyətinə, habelə çoxtərəfli və qlobal münasibətlər sahəsində çalışan heyətə rəhbərlik edir. Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə Büro qanunun aliliyi, insan haqları və əsas azadlıqlar da daxil olmaqla universal dəyərləri dəstəkləyir. Sözügedən dəyərlər demokratiyaya, habelə güclü, sabit, firavan və suveren dövlətlərin inkişafına təkan verir", - Səfirliyin məlumatında qeyd olunub.\Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1095 Tarix: 13 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr