Şamaxıdakı qəzada xəsarət alan məktəblinin valideyni: "Oğlum şüşədən dərəyə düşdü" - VİDEO
Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunur.
Baku TV xəbər verir ki, institutun həkimi xəstənin vəziyyətinin stabil olduğunu bildirib.
O deyib ki, hazırda azyaşlı Kompüter Tomoqrafiyası müayinəsinə hazırlanır:
"Onda kəllə-beyin travmasının olması şübhəsi var. Ona görə də müayinə ediləcək. Bundan sonra əməliyyatın nə vaxt olacağına qərar verəcəyik. Kəllə-beyin travması olmasa, sabah əməliyyat ediləcək".
Qəzada xəsarət alan azyaşlının valideyni bildirib ki, sürücü avtobus ilə döngəyə daxil olarkən sürəti tənzimləyə bilməyib.
O deyib ki, qəza zamanı avtobusda onun iki uşağı olub. Uşaqlardan biri şüşədən dərəyə düşüb.
Süjetdə həmçinin qəzada ağır xəsarət alan azyaşlı da danışıb. O, yaxşı olduğunu bildirib.
Ətraflı videonu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2611 Tarix: 13 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrÜç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
10 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabr