Şəhid övladları məzun oldu
Bu gün Vətən Müharibəsində şəhid olan baş gizir Yasən Əhmədovun oğlu Yelmar Əhmədli, baş leytenant Mətləb Cəfərovun oğlu Hüseyn Cəfərov, baş gizir İntiqam Abbasovun oğlu Əli Abbasov məzun olur.
Sonxeber.az xəbər verir ki, bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri olan Yasən Əhmədov oktyabrın 9-da Talış döyüşləri zamanı ağır yaralanıb və 14 gün koma vəziyyətində qaldıqdan sonra oktyabrın 23-də şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamıları ilə baş gizir Yasən Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Baş leytenant Mətləb Cəfərov Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralansa da, 18 gün koma vəziyyətində qaldıqdan sonra 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə yüksəlib.
Prezident İlham Əliyevin müvafiq sərəncamıları ilə baş leytenant Mətləb Cəfərov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Baş gizir İntiqam Abbasov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə 29 sentyabr 2020-ci ildə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamıları ilə baş gizir İntiqam Abbasov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1657 Tarix: 14 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrÜç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
10 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabr