"Azərlotereya" ASC "MMF 2022"nin baş sponsoru olub
Azərbaycanın rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru olan "Azərlotereya" ASC növbəti ölkə əhəmiyyətli tədbirdə uğurla təmsil edilib. Şirkət bu dəfə Azərbaycanda marketinq sahəsinin inkişafına dəstək məqsədilə təşkil edilən "Milli Marketinq Forumu"na baş sponsor kimi qatılaraq layihəyə dəstək göstərib.
Forumda çıxış edən "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zəfər Rəisoğlu şirkətin beynəlxalq təcrübəyə əsaslanan fəaliyyət sferasından bəhs edib. Bildirib ki, "Azərlotereya" ASC hər zaman insan kapitalının inkişafına yönələn layihələrin həyata keçirilməsində yaxından iştirak edir və bu baxımdan Milli Marketing Forumu önəmli tədbirlər sırasındadır.
Forumda fikir mübadiləsi zamanı vurğulanıb ki, hər zaman müasir trendlərlə ayaqlaşan "Azərlotereya" ASC şans oyunları həvəskarlarına əyləncəli və xoş zaman qazandırmaqla yanaşı Azərbaycan iqtisadiyyatına böyük töhfə verir.
Qeyd edək ki, marketoloqlarla müzakirə fürsətinin yaradılması, yerli və xarici bazarda olan yeni tendensiyaların gündəmə gətirilməsini təşkil edən forum 2 gün davam edib.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 859 Tarix: 14 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr