"Şuşa bəyannaməsi ilə Azərbaycan Vətən müharibəsində əldə etdiyi zəfərini qaranti altına aldı" - Naqif Həmzəyev
Sabah, yəni iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümüdür.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Naqif Həmzəyev bildirib ki, Şuşa bəyannaməsi bizim üçün çox böyük imkanlar yaradacaq, bu günə kimi əldə etdiyimiz imkanların on qatının şahidi olacağıq:
"15 iyun Azərbaycan üçün çox önəmli gündür. Azərbaycanın Milli Qurtuluş günü olmaqla yanaşı, həm də Şuşa bəyannaməsinin imzalandığı gündür. Şuşa bəyannaməsinin imzalanması ilə Azərbaycan Vətən müharibəsində əldə etdiyi zəfərini qaranti altına aldı. Türkiyə-Azərbaycan münasibətlərində yeni səhifə açıldı, eyni zamanda bu münasibətlər strateji müttəfiqlik səviyyəsinə çatdı. Tək hərbi sənayedə deyil, ümumiyyətlə bütün sahələrdə birgə inkişafın koordinasiyalı fəaliyyətinin təşkil edilməsi üçün Şuşa bəyannaməsinin çox böyük önəmi var.
Ötən ildən Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda sürətli quruculuq işlərini həyata keçirməkdə və türk şirkətləri Azərbaycana bu prosesdə dəstəyini göstərməkdədir. Ən qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələri həyata keçirildi, zəfər yolu inşa edildi, Qarabağ və Şərqi Zəngəzur elektrik enerjisi ilə təchiz edildi və hələ də bu proses davam etdirilməkdədir. Həmçinin Füzuli aeroportunun da açılışının şahidi olduq . Bu açılışda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Daha sonra Azərbaycanda keçirilən Teknofestdə də Rəcəb Tayyib Ərdoğanın iştirak etməyi Türkiyə-Azərbaycan münasibətlərinin günü-gündən daha da inkişaf etdiyinin bariz nümunəsidir.
Ümid edirik və inanırıq ki, Şuşa bəyannaməsi bizim üçün çox böyük imkanlar yaradacaq. Bu günə kimi əldə etdiyimiz imkanların on qatının şahidi olacağıq. Türkiyə-Azərbaycan münasibətlərini artıq Avropa da qəbul edir. Xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycan və Türkiyənin əvəzolunmaz iştirakı və önəmi günü-gündən artır. Bu baxımdan Şuşa bəyannaməsi yeni dünya düzənində öz müsbət xeyrini Azərbaycana və Türkiyəyə verəcək".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR