Arif Rəhimov: "Mercedes"in nasazlığı Bakı treki ilə bağlı deyil" - MÜSAHİBƏ

Arif Rəhimov: "Mercedes"in nasazlığı Bakı treki ilə bağlı deyil" - MÜSAHİBƏBakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimovun Oxu.Az saytına müsahibəsi:

– Azərbaycanda keçirilən altıncı "Formula-1" Qran-prisi başa çatdı. Yarışda iki "Ferrari" komandası finişə çata bilmədi. Ola bilsin ki, bu, yekunun həyəcan dolu keçməsinə kölgə saldı. Yarışa dair təəssüratlarınız necədir?

– Azərbaycan növbəti dəfə möhtəşəm idman hadisəsini bütün dünyaya nümayiş etdirdi. Hər il olduğu kimi, bu il də Azərbaycan Qran-prisi dramatikliyi ilə yadda qaldı. Mövsümün favoritlərindən hesab olunan "Ferrari"nin yarışdan kənarda qalması, "Aston Martin", "Haas" və "Alfa Romeo" kimi komandaların da mübarizəni dayandırıb xal qazana bilməməsi yarış cədvəlinə təsirsiz ötüşmədi. Düşünürəm ki, bu yarış ümumilikdə "Red Bull" komandasının bu trekdə lider olmasını bir daha sübut etdi. Ötən il Bakıda bəxti gətirməyən Maks Ferstapen bu il, nəhayət ki, qalib gəldi. Həmin ilin qalibi Serxio Peres isə Bakıda yenidən - dördüncü dəfə podiuma layiq görüldü. Hesab edirik ki, "Bakı sindromu" ənənəsi davam edir və bu il də fərqli pilotun qələbə çalması bizə "Formula-1" təqvimində Bakı trekinin unikallığını qoruyub saxlamağımıza imkan verdi.

– Müzakirə olunan mövzulardan biri də Luis Hamiltonun avtomobilinin silkələnməsi ilə bağlıdır. Məlumdur ki, bu mövsüm "Mercedes"in avtomobilində aşkar problemlər var və bu hələ də həllini tapmayıb. Bunun Bakı treki ilə bir əlaqəsi varmı? Beynəlxalq Avtomobil Federasiyası (FIA) bununla bağlı bir fikir bildiribmi? Zəhmət olmasa, bu məqama aydınlıq gətirərdiniz.

– Nə "Formula-1" rəhbərliyindən, nə də FIA-dan bununla bağlı bizə hər hansı bir rəy daxil olmayıb. Bildiyiniz kimi, bütün yarış trekləri yalnız FIA-nın texniki baxışından keçərək yarışa hazır vəziyyətə gətirilir. Bu halda söhbət bəzi komandaların maşınlarının texniki nasazlığından gedir. Bütün avtomobilin və şassinin dəyişdirilməsi səbəbindən avtomobillərin "delfinləşdirilməsi" baş verir. Bəzi komandalar, məsələn, "Mercedes" bu təsirdən xilas olmaq üçün hələ də avtomobillərini optimal vəziyyətə gətirməkdə çətinlik çəkirlər. Bu əvvəlki "Formula-1" yarışlarında da özünü büruzə verirdi, lakin Bakı yarışında xüsusilə nəzərəçarpan idi. Çünki mövsümün ən yüksək sürətli düzlüyü Bakı trekindədir. Bakı halqası şəhər trekləri arasında ən sürətli treklərdən biridir. Bu səbəbdən həmin məsələ trekin deyil, birbaşa avtomobillərin aerodinamik tənzimlənməsi ilə bağlı sırf texniki bir problemdir.

– Bilet satışından razı qaldınızmı? Əyləncə zonasından Bakıya çoxlu turistlərin gəldiyi aydın görünürdü. Turistlərin sayı ilə bağlı ilkin rəqəmlər varmı?

– Bu il bilet satışından çox razıyıq. Biz xüsusən də böyük konsertlər təşkil edilmədiyi üçün yarışa daha az tamaşaçı gələr deyə narahat idik. Lakin iştirakçıların sayı bizə onu göstərir ki, ölkəmizdə avtoidmana maraq artıq formalaşıb. İnsanlar artıq bilavasitə yarışı izləmək üçün bilet alırlar və artıq onları cəlb etmək üçün konsertlər təşkil etmək məcburiyyəti yoxdur. Onu da qeyd etmək yerinə düşər ki, bu il Bakıya rekord sayda beynəlxalq tamaşaçı gəlib. Təkcə "Formula-1"lə bağlı Bakıya 10 mindən çox turist səfər edib. Buraya həm azarkeşlər, həm komandaların özləri, həm də yarışın bütün işçiləri daxildir. Bu, xüsusilə ona görə əlamətdardır ki, ötən illərdə Rusiyadan bizə çox sayda turist gəlirdi. Çətinliklər üzündən bu il oradan gələn turistlərin sayı azalsa da, Böyük Britaniya, ABŞ, Türkiyə, Skandinaviya ölkələri və s. kimi digər ölkələrdən turist axını artıb.

– Həftəsonu "Formula-1" rəhbərliyi ilə Azərbaycan Qran-prisinin keçirilməsinə dair razılaşmanın müddətinin uzadılması məsələləri də müzakirə olundumu?

– Biz "Formula-1"lə danışıqlara başlamışıq və hələlik qərar barədə danışmaq tezdir. Onu deyə bilərəm ki, bunda hər iki tərəf maraqlıdır və gələcəkdə düzgün balans tapsaq, o zaman yarışın uzadılması ehtimalı var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 889   Tarix: 14 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr