Nazirdən qəbul imtahanı suallarının çətinliyi ilə bağlı fikirlərə AÇIQLAMA
Təhsil naziri qəbul imtahanına daxil edilən sualların çətinliyi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
"Report"un məlumatına görə, nazir Azərbaycanda qəbul prosesinin rəqabətli olduğunu deyib.
"Məsələn, 80 min abituriyent ali məktəbə qəbul üçün sənəd verir, amma onlardan 45 mini ali təhsil almaq hüququ qazanır. Suallar çətin olanda hamı üçün çətin olar. Suallar çətin olanda ballar aşağı düşür, suallar asan olanda ballar da bir o qədər yüksəlir. Təbii ki, bunun heç bir mahiyyəti yoxdur. Çünki 45 min abituriyent yenə də ali təhsil ala bilir. Mənə görə qəbul prosesində sualların çətinliyi ilə bağlı Dövlət İmtahan Mərkəzi hər il elmi statistik təhlilləri yayır. Görərik ki, sualların çətin və ya asan olması nisbidir. Hələ də abituriyentlərin bəziləri açıq tipli sualların cavablandırılmasında çətinlik çəkirlər. Amma yaxşı xəbər odur ki, 2-3 il bundan əvvəl belə suallara cavab vermək istəməsələr də, indi vəziyyət müsbət mənada dəyişir", – E.Əmrullayev bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1384 Tarix: 14 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr