Sosial media jurnalistin məlumat mənbəyi kimi" mövzusunda ilk vebinar keçirilib
İyunun 14-də Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının birgə təşkilatçılığı ilə "Sosial media jurnalistin məlumat mənbəyi kimi" mövzusunda ilk vebinar keçirilib.
Vebinarda müxtəlif media subyektlərinin nümayəndələri, jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan tələbələr, həmçinin Media könüllüləri iştirak edib.
Vebinarın moderatoru, Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva bildirib ki, əsas məqsəd yerli iş bazarında kommunikasiya və media mütəxəssislərinə artan ehtiyacı tədricən ödəməklə yanaşı, həm də Azərbaycanda bu sahəninin elmi potensialını artırmaqdır. Vurğulanıb ki, bu gün başlanılan vebinarlar silsiləsi yalnız gənc media nümayəndələri üçün deyil, həm də təcrübəli mütəxəssislər üçün faydalı müzakirə platformasına çevriləcəkdir.
Sonra "Sosial media jurnalistin məlumat mənbəyi kimi" mövzusunda təqdimatla çıxış edən media inkişafı üzrə mütəxəssis Emin Hüseynzadə sosial medianın jurnalistikaya təsirindən bəhs edib. Bildirib ki, informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və bu inkişaf sosial medianın yüksəlişinə səbəb olur. Sosial şəbəkənin fərqli rollarından, xüsusiyyətlərindən danışan mütəxəssis jurnalistin sosial mediadan məlumat mənbəyi kimi istifadə edərək öz işini daha keyfiyyətli necə yerinə yetirə bilməsi məsələlərini diqqətə çatdırıb. Vebinarda "Deep fake"lə mübarizə üsulları da qeyd edilib.
Media inkişafı üzrə mütəxəssis sual-cavab sessiyasında vebinar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"