MEDİA Agentliyində "Milli Qurtuluş Günü Azərbaycan mediasının yaddaşında" mövzusunda tədbir keçirilib
İyunun 14-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində "Milli Qurtuluş Günü Azərbaycan mediasının yaddaşında" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirmişdir ki, xalqımızın taleyində böyük ictimai, siyasi və tarixi əhəmiyyət daşıyan bu günün memarı olan Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi sayəsində xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi, Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı və 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər memarı Ulu Öndər Heydər Əliyev olan dövlətimizin qüdrətini daha da artırmışdır.
Tədbirdə digər çıxış edənlər Ulu Öndərin həmişə jurnalist peşəsinə dərin hörmət bəslədiyini, mətbuat işçiləri ilə yaxın təmasda olduğunu, onların problemləri ilə maraqlandığını və heç bir zaman köməyini əsirgəmədiyini vurğulamış, Ümummilli Lider Heydər Əliyevin nurlu xatirəsinin Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacağını bildirmişlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"