"Gələcək nəsillər tarixi yazanları minnətdarlıqla xatırlayacaqlar" - Nəsib Məhəməliyev

"Gələcək nəsillər tarixi yazanları minnətdarlıqla xatırlayacaqlar" - Nəsib MəhəməliyevHeydər Əliyev: "Azərbaycan-Türkiyə. Bir millət, iki dövlət"

Qazi Mustafa Kamal Atatürk: "Azərbaycanın sevinci bizim sevincimizdir. Kədəri kədərimizdir"

Vətən müharibəsindəki möhtəşəm Qələbədən sonra Azərbaycan tarixinin ən şərəfli, əlamətdar hadisəsi, heç şübhəsiz Şuşa Bəyannaməsinin imzalanması oldu".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.

O qeyd edib ki, böyük təntənə ilə 1 illiyini qeyd etdiyimiz Şuşa Bəyannaməsinin mayasında Türk millətinin Ulu Öndərlərinin formalaşdırdığı ideologiya durur. Bu ideologiyanı həyata keçirmək kimi tarixi missiya isə Müasir Türk Dünyasının Liderləri İlham Əliyevlə, Rəcəb Tayyib Ərdoğanın nəsibi oldu:

"Məhz onların timsalında iki qardaş dövlət bir-birinə daha da yaxınlaşdı və gələcək yüz illiklərə hesablanmış strateji əməkdaşlıq ən yüksək səviyyəyə qaldırıldı. Bəyannamənin məhz, mədəniyyət paytaxtımız Şuşada olması və 15 iyun Qurtuluş Günü imzalanması rəmzi məna daşıyır.

Tarix təkrarlanır. Şuşa Bəyannaməsi 100 il əvvəl imzalanmış Qars müqaviləsinin davamı kimi qiymətləndirilir. AtaTürk Türkiyəsi ilə bolşevik Rusiyası arasında bağlanmış Qars müqaviləsi Naxçıvanın, Qarabağın, Zəngəzurun taleyində son dərəcə əhəmiyyətli rol oynamışdır. O zaman da, Cənubi Qafqaz ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İran kimi böyük dövlətlərin mübarizə mərkəzinə, rəqabət meydanına çevrilmişdi. Analoji proseslər hazırda da müşahidə olunur. O dövrlə müqayisədə, əsas fərq ondadır ki, həmin böyük güclərə qarşısında ləyaqətlə duran, öz milli maraqlarını müdafiə etməyi bacaran, iqtisadi və hərbi baxımdan hər tərəfli inkişaf etmiş güclü Azərbaycan dövləti var. 100 il əvvəl baş verənlər, əsasən Ermənistanın maraqlarına uyğun idisə, indiki proseslər Azərbaycanın mütləq qalibiyyəti deməkdir".

Deputat vurğulayıb ki, Şuşa Bəyannaməsi hər iki ölkənin milli maraqlarının qorunmasında imkanların birləşdirilməsini, beynəlxalq məsələlərdə fəaliyyətlərin əlaqələndirilməsini, yeni regional geosiyasi konfiqurasiyanın qurulmasını, ənənəvi konfiqurasiyanın dağıdılmasını özündə ehtiva edir:

"Hərbi müttəfiqlik, Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, Naxçıvan-Qars dəmir yolunun inşası, iqtisadi-ticari, mədəni, humanitar, gənclər, idman, turizm, informasiya müharibəsi sahəsində birgə əməkdaşlıq nəzərdə tutulur.

Şuşa Bəyannaməsi imzalanması, regionun siyasi mənzərəsinin dəyişməsi ilə nəticələndi. Hər iki qardaş dövlətin gücünə güc qatmış oldu. Türk dünyasının inteqrasiyasını sürətləndirməklə yanaşı, türk düşmənlərinə tutarlı cavab verildi. Cəmi bir neçə il bundan öncə, bütün bu gerçəklikləri düşünmək belə mümkünsüz görünürdü. Olduqca mürəkkəb geosiyasi şərtlərin, təzyiqlərin olmasına rəğmən, Şuşa Bəyannaməsi günümüzün reallığıdır. Bu reallığın əsas müəllifi isə, çətin şəraitdə tarixi məsuliyyəti üzərinə götürməklə, taleyüklü qərarları qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevdir. Gələcək nəsillər, Şuşa Bəyannaməsini Azərbaycan tarixinin ən şərəfli hadisələrindən biri kimi qeyd edəcək və tarixi yazanları minnətdarlıqla xatırlayacaqlar".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1447   Tarix: 15 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr