Ərdoğan NATO rəhbərilə danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.
Söhbət zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri müzakirə edilib.
Prezident Ərdoğan məsələ ilə bağlı Türkiyənin haqlı narahatlıqlarını aradan qaldırmaq üçün addımların atılmasının vacibliyini bir daha vurğulayıb.
Dövlət başçısı hər iki ölkədən Türkiyənin gözləntilərinə cavab verən konkret addımlar görmədən, terrorla mübarizə və müdafiə sənayesi əməkdaşlığında paradiqma dəyişikliyinə dair yazılı öhdəliklər olmadan prosesdə irəliləyiş əldə edilə bilməyəcəyini vurğulayıb.
Stoltenberq Türkiyə prezidentilə söhbəti sonrası sosial media hesabında paylaşım edərək, danışıqları konstruktiv adlandırıb.
"Prezident Rəcəb Tayyib Ərdoğanla NATO sammiti ərəfəsində konstruktiv söhbət.
Biz Türkiyənin terrorizmlə mübarizədə təhlükəsizliklə bağlı haqlı narahatlıqlarının aradan qaldırılmasının vacibliyini və Finlandiya ilə İsvecin NATO-ya üzvlük prosesində irəliləyişin əldə edilməsini müzakirə etdik", - o, qeyd edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1365 Tarix: 15 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr