Xızıda 2 qızın öldüyü dəhşətli qəzanın DETALLARI
Bakı-Quba yolunda 2 nəfərin ölümü, 4 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası haqda bəzi məqamlar üzə çıxıb.
Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, iyunun 14-də saat 18 radələrində magistralın Xızı rayonunun Giləzi qəsəbəsindən keçən hissəsində A.Ağayevin idarə etdiyi "Mercedes ML" markalı avtomobilə çırpılan "Nissan March" markalı avtomobildəki xanımlar Quba sakinləri olub.
Belə ki, Bakı Dövlət Universitetinin (BDU) 1-ci kurs tələbəsi olan Əminə Əliyeva və rəfiqəsi, İqtisad Universitetinin (UNEC) 1-ci kurs tələbəsi Gülbəniz Qaçıyeva hadisədən əvvəl paytaxtda semestr imtahanında iştirak ediblər. Onlar daha sonra birlikdə Qubaya qayıtmaq qərarına gəliblər və bu zaman Əminə Əliyeva Sumqayıtda yaşayan bibisi qızı, 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadənin özünə məxsus "Nissan" markalı avtomobillə Qubaya gedəcəyini deyib və birgə getməyi təklif edib. Bundan sonra tələbə qızlar Əminənin bibisi qızının avtomobili ilə rayona yola düşüblər. Avtomobil Quba istiqamətində hərəkət edərkən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir edilən hissədə birtərəfli yolda qarşıdan gələn "Mercedes ML" ilə toqquşub.
Nəticədə sürücü Xalidə Xəlilzadə və arxa oturacaqda əyləşmiş sərnişin, 18 yaşlı Gülbəniz Qaçıyeva aldıqları xəsarətlərdən vəfat edib. Sürücünün dayısı qızı, ön sərnişin oturacağında əyləşmiş Əminə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatına risk olmadığını bildiriblər.
Qeyd edək ki, qəzada digər avtomobilin sürücüsü Azər Ağayev və 3 sərnişini də müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Fotoda: Gülbəniz Qaçıyeva

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"