Turla səyahət etmək istəyənlərin nəzərinə - AGENTLİKDƏN AÇIQLAMA

Turla səyahət etmək istəyənlərin nəzərinə - AGENTLİKDƏN AÇIQLAMAYay mövsümündə Bakıda dincələnlərdən əlavə rayonlara üz tutanlarda az deyil. Kimiləri bölgələrə, kimiləri xarici ölkələrə gedir. Tur şirkətlərinə müraciət edənləri sayı günbəgün çoxalır. Bəs şirkətlər daxili və xarici turları təşkil edərkən və ya sərnişin daşınma zamanı nə qədər diqqətlidir ?

Mövzu ilə bağlı Sonxeber.az saytına Turizm Agentliyinin yeni mətbuat katibi Gülnar Mustafayeva açıqlama verib.

O bildirib ki, turizm şirkətlərinin fəaliyyət göstərməsi üçün tələb olunan lisenziya 2015-ci ildə ləğv olunub:

"Həmin vaxtdan bu günə qədər turizm şirkətləri hər hansı lisenziya olmadan sərbəst şəkildə fəaliyyət göstərirlər. Sadəcə vergi orqanlarından qeydiyyatdan keçərək VÖEN alıb işləyə bilərlər. Sərnişin daşınma ilə bağlı olaraq sığorta məsələsi də ön plandadır.

Tur zamanı turistlərin həyat və sağlamlığına zərər dəyməsinə səbəb olan hadisələrin baş verdiyi hallarda tur xidməti təşkilatçılarının və avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin əhatə dairəsi dəqiq müəyyən edilməlidir. Belə ki, "Turizm haqqında" Qanunun 16.5.2-ci maddəsinə əsasən, turoperator və turagentlərin turistlərə təxirəsalınmaz yardım göstərilməsini təşkil etmək öhdəliyi vardır.

Eyni zamanda, yol-nəqliyyat hadisələri bilavasitə sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, sərnişinlərə dəyən zərərin ödənilməsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası əsasında həyata keçirilir.

Bundan əlavə, tur xidməti təşkil edən şəxslərə turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq olaraq hər bir turistə məxsus könüllü qaydada səfər sığortasının təşkil edilməsi tövsiyə edilir".

AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2109   Tarix: 16 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr