"Azərbaycan əxlaqına ziddir" - "Qayınana" filmini tənqid etdi
Xalq artisti Şeyx Əbdül Mahmudov məşhur "Qayınana" filmi ilə bağlı qalmaqallı sözlər söyləyib.
Axşam.az xəbər verir ki, rejissor sözügedən ekran işini tənqid edib və Azərbaycan ədəbiyyatına, əxlaqına xas olmayan əsər adlandırıb. Bu haqda "Gəl danış" proqramında bəhs edən Şeyx Əbdül sözlərinə belə davam edib:
"Bəlkə də mən kino və teatr sahəsindəki yeganə ziyalıyam ki, ümumiyyətlə, "Qayınana" əsərinə qarşıyam. Onu yazan insanı da yaxşı tanıyıram. Adı Məcid Şamxalovdur, 1937-ci ildə "evlər yıxan" aktyorlardan biri olmuşdur. Sonradan acınacaqlı taleyi oldu. Azərbaycan ədəbiyyatına və əxlaqına xarakterik deyil. Kimin anası, nənəsi elədir? Əvvəl tamaşası oldu, sonra da filmi çəkildi".
Qeyd edək ki, "Qayınana" filmi 1978-ci ildə Hüseyn Seyidzadənin rejissorluğu ilə lentə alınıb. Ekran işində SSR Xalq artistləri Nəsibə Zeynalova, Fuad Poladov, Xalq artistləri İlham Namiq Kamal, Səfurə İbrahimova kimi sənətkarlar rol alıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2207 Tarix: 16 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr