Azərbaycan-ABŞ: Ağ Evdəki analitiklər nəyin planını cızır?

Azərbaycan-ABŞ: Ağ Evdəki analitiklər nəyin planını cızır?ABŞ regiondakı xarici siyasətini diqqətlə inteqrasiya edərək diplomatik və iqtisadi əlaqələrini artırmaq, siyasi nüfuz dairəsini genişləndirmək imkanlarını axtarır. Ağ Evin region üzərindəki maraqlarının təmini isə Azərbaycanla dil tapmaqdan keçir.

"Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı reallıq bir çox gücləri, eləcə də ABŞ-ı özünün diplomatik və təhlükəsizlik çağırışlarını yeniləmək məcburiyyəti qarşısında qoyur.

ABŞ regiondakı xarici siyasətini diqqətlə inteqrasiya edərək diplomatik və iqtisadi əlaqələrini artırmaq, burada siyasi nüfuz dairəsini genişləndirmək imkanlarını axtarır.

Ağ Evin region üzərindəki maraqlarının təmini Azərbaycanla dil tapmaqdan keçir, buna görədir ki, son zamanlar ABŞ-Azərbaycan diplomatik təmasları intensivləşərək xoşməramlı qarşılıqlı mesajlarla nəticələnir.

ABŞ-dan Bakıya gələn qonaqlar, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Vaşinqtona gedərək Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla keçirdiyi məhsuldar görüş iki ölkə arasındakı münasibətlərin rəngində qalan tündlüyü açır.

ABŞ regionda müharibə istəmir

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger də Ağ Evdən aldığı təlimatlar əsasında, özü də gedər ayaqda media nümayəndələri ilə təmasları gücləndirir və bununla da Vaşinqtonun yeni reallıqlar kontekstindəki istiqamətverici tezislərini çatdırır.

ABŞ Rusiya-Ukrayna müharibəsi ilə Cənubi Qafqazdakı mühit arasında paralellər aparır və Moskvadan əsən "şimal küləklər"in bu regiona çatmaması üçün səy göstərir.

Bölgədə Rusiya maraqlarının sıxışdırılması prosesi isə elə də asan deyil, çünki Kreml istər Azərbaycan, istərsə də Türkiyə ilə isti münasibətlərə malikdir, elə, əslində, bu yaxşı əlaqə ABŞ-ı bir yerə qədər məmnun edir.

Söhbət ondan gedir ki, ABŞ regionda hər hansı təhdidin hərbi eskalasiya riski səviyyəsinə qalxmasında maraqlı deyil, çünki Ağ Ev bu bölgədə investisiyalara, enerji layihələrində paya sahibdir. Rusiya ilə hər hansı konfrontasiya həmin sərmayələri risk altına salar.

Lakin ABŞ qlobal mənzərəyə baxış bucağından ayrılıb fərqli dünyaya düşmədiyinə görə, onun xarici siyasətində Rusiyanı çəkindirmək planı instinktiv olaraq qalmaqda davam edəcək.

ABŞ-ın imperativlərinə Rusiya enerjisindən asılılığının azaldılması, münaqişənin baş verməsinin və ya sabitliyi pozan digər davranışların, xüsusən də Rusiyanın Qafqazda hökmran mövqeyinin qarşısının alınması daxildir.

Bu baxımdan ABŞ-ı narahat edən digər məqam Türkiyə ilə Rusiyanın münasibətlərindəki hərarətin normal tempdə olmasıdır, hərçənd ki, ABŞ-ı sevindirən məqam da mövcuddur.

ABŞ-a sərf edən budur ki, Türkiyə NATO üzvü kimi Cənubi Qafqazda hərbi-siyasi iştirak dərəcəsini çoxaldır, lakin Ağ Ev üçün də, Ankara üçün də "qırmızı xət"lər mövcuddur və bu amil Türkiyəni Rusiya ilə ortaq maraqlar formalaşdırmağa məcbur edir.

ABŞ siyasətini düzgün təbəqələşdirməlidir

Belə olan təqdirdə ABŞ Azərbaycan-Ermənistan sülh gündəliyi zəminindəki regional siyasətini Azərbaycan, Türkiyə, Rusiya amili ilə düzgün təbəqələşdirmək və onu sintez etmək çağırışı əsasında qurmalıdır.

ABŞ bu harmoniyanın elementlərini Bakı-İrəvan münasibətlərində mübahisəli qalan məsələlərin həllində özünün təşəbbüskar obrazını yaratmaqda hiss etdirir.

İrimiqyaslı infrastruktur və enerji layihələrinin şaxələndirilməsi mövzusuna görə, ABŞ-ın siyasi sərmayəsində Bakının çəkisi artır, çünki Azərbaycan amili enerji ehtiyatlarının Rusiyadan yan keçməklə Avropaya nəql olunmaq imkanları verir.

ABŞ özünün strategiyasında situasiyadan asılı olaraq "qeybə çəkilmə" taktikasına da üstünlük verir, məsələn, proseslərdə Avropa İttifaqını önə verərək, gedişatları pərdə arxasında dayanaraq dirijor çubuğu ilə idarə etmək istəyir.

Niyə Avropa İttifaqı?

Çünki Avropa İttifaqı böyük siyasi ambisiyalara malik təşkilat deyil və onun Rusiya ilə münasibətləri elə də pis qurulmayıb, yəni Moskva həmin birliyi özünə birbaşa təhdid olaraq görmür. Ağ Ev buna görə də, strateji bicliklə başqa resurslarla özünün maraqlarını təmin edən alətləri dövriyyəyə salır.

ABŞ-Azərbaycan münasibətlərində insan hüquqları, işğaldan azad edilmiş ərazilərə sərmayə yatırılması mövzusunda fərqli təsəvvürlər hökm sürməkdədir, bu isə tərəflər arasında mübahisəli məqamlar yaradır.

ABŞ-ın Birinci Qarabağ müharibəsində Azərbaycana tətbiq etdiyi 907-ci düzəlişin hələ də qüvvədə qalması da münasibətlərdə mübahisə yaradan məqamlardandır. Görünür ki, ABŞ hələ də özünün keçmiş baxışından tam qopmayıb və düşünür ki, bu amillərlə özü üçün təzyiq rıçaqlarını saxlayır.

Amma bunlar hazırda Azərbaycan üçün həyati əhəmiyyət daşıyan məsələ deyil, 907-ci düzəliş olmadan da, Ağ Evin insan hüquqları mövzusunda fərqli baxışına rəğmən Bakı öz istədiyinə çatıb və gələcək hədəfləri uğrunda sürətlə addımlayır.

Azərbaycan deyil, əslində, ABŞ öz addımlarını Bakı ilə ayaqlaşdıracaq və Bakı-İrəvan sülh gündəliyində Bakının lehinə işləyən cəlbedici ideyalarla çıxış etməli olacaq.

ABŞ Azərbaycana təhlükəsizlik zəmanəti də vermək niyyətindədir

Səfir Örl Litzenberger bir qrup media nümayəndəsi üçün keçirdiyi brifinqdə Rusiyadan digər postsovet ölkələrinə təhdid olacağı təqdirdə ABŞ-ın adekvat addımlar ata biləcəyini söylədi.

Düzdür, bu cür bəyanatlar Azərbaycan üçün şirnikləndirici deyil, rəsmi Bakı xarici siyasət kursunu strateji ağılla yürüdür və özünü xarici təhdidlərdən sığortalayır.

Lakin cənab səfir ipucu verir ki, ABŞ-ın Azərbaycan da daxil olmaqla digər region ölkələrinin perspektiv üçün təhlükəsizlik zəmanəti paketi mövcuddur. Ancaq bu zəmanətlərin formulları hələ işlənilməyib, yəqin ki, indi Ağ Evin analitikləri həmin sığortalayıcı tezisləri konsepsiya halına salmaqdan ötrü çalışır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 953   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr