Xaçaturyanın açıqlaması İrəvanın kompromis variantdan imtina etməsi deməkdir
Ermənistan rəsmilərinin təxribatçı açıqlamaları səngimək bilmir. Bu ölkənin prezidenti Vaaqn Xaçaturyan Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan tərəfinin Qarabağ məsələsinin həll olunması barədə bəyanatlarının İrəvan üçün qəbuledilməz olduğunu vurğulayıb:
"Azərbaycanın bu məsələni həll edərkən daim Laçın arasında paralellər aparması bizim üçün qəbuledilməzdir. Zəngəzur dəhlizi və Laçın dəhlizi ideyasına gəlincə, burada status başqadır. 10 noyabr bəyanatında Laçın dəhlizinin nə üçün nəzərdə tutulduğu açıq-aydın göstərilir. Bu, Qarabağda yaşayan soydaşlarımızın özlərini təhlükəsiz hiss etmələri üçün yeganə qanuni, effektiv variantdır".
Göründüyü kimi, Ermənistan prezidenti müharibədən sonra yaranan reallıqları inkar edir.
Bu məsələni Bizim.Media-ya şərh edən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Xaçaturyanın açıqlaması İrəvanın ortada olan kompromis variantlardan rəsmən imtina etməsi deməkdir:
"Nəzərə alaq ki, bu fikirləri müxalif "Hayastan" blokunun hansısa deputatı yox, Ermənistanın prezidenti deyir. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən rəsmən imtina etməsi anlamına gəlir. Düzdür, olkə konstitusiyasına görə prezidentin səlahiyyətləri məhduddur. Əsas səlahiyyət baş nazirə məxsusdur. Ancaq nəzərə almalıyıq ki, prezident Xaçaturyan Paşinyana yaxın şəxsdir".
Həmsöhbətimiz qeyd edir ki, məlum mövqeyin ortaya qoyulması erməni tərəfinin Zəngəzur dəhlizinin açılmasına razı olmayacağını deməyə əsas verir:
"Bu o deməkdir ki, qarşı tərəf "Dağlıq Qarabağ" münaqişəsinin həll olunmadığını israr edir və Minsk Qrupundan imtina etmək fikrində deyil. O üzdən, Azərbaycan daha sərt tədbirlər barəsində düşünməlidir. Ermənistana yönəlik hərbi-siyasi təzyiqləri artırmalıyıq. Eyni zamanda, indidən beynəlxalq ictimayətə bəyan etməliyik ki, bundan sonra baş verənlərə görə məsuliyyət Ermənistanın üzərinə düşür".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR