Qurban Qurbanov din, Napoleon və XTQ haqda: "Məni xarakter olaraq dəyişdi"

Qurban Qurbanov din, Napoleon və XTQ haqda: "Məni xarakter olaraq dəyişdi""Əvvəllər tarixi filmlərə çox baxırdım. Düzdür, filmlərdə hadisələr və şəxsləri bir qədər şişirdirlər. Amma yenə də uşaq vaxtı yadımda qalanlar olub və onlardan motivasiya almışam".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov rekord.az saytına müsahibəsində deyib.

Qurbanov bu dəfə tarixi şəxsiyyətlərdən, simpatiya bəslədiyi insanlardan danışıb:

"Şükürlər olsun ki, müsəlmanıq və bizim bir nümunəmiz var. O da Məhəmməd peyğəmbərdir. Onun əxlaqı, davranışı, cəmiyyətə, bəşəriyyətə olan tövsiyələri böyük bir nümunədir. Həmişə ona maraq göstərirəm.

O ki qaldı sərkərdələrə, hamının ağlına gələn ilklərdən, məsələn, Napoleon Bonapartdır. Balaca boyu ilə nələr əldə edib. Amma ondan da böyükləri var: Məsələn, Osman. "Kuruluş Osman", "Diriliş Ərtuğrul" kimi seriallara arada baxıram, çünki çox vaxtım olmur, 10-15 dəqiqə epizodları izləyirəm. Oradakı qəhrəmanların keçdiyi yolu tarix kimi eşitmişdim, maraqlanmışdım, amma filmdə sanki canlı görürsən. Ola bilər ki, çəkənlər nəyisə bəzəyirlər, amma insana vətənpərvər olmaq, qürurunu qorumaq, xarakterini bərkitmək üçün belə kinolar böyük əhəmiyyət daşıyır. Böyük bir maraqdır. Elə həmin Napoleon kimi Teymurləngi götürək. O da xarakteri hesabına kiçik boyuyla dünyanı fəth edib. Belə faktlar insana, cüzi də olsa, təsir edir.

Amma Osmanlı tarixi daha yaxındır mənə. Onlar o şəraitlərdə nələrdən keçiblər… Həm də məqsədləri düzgün olub: Ölkəni qurmaq, dinimizi qoruyub-saxlamaq, Vətəni sevmək, vətənpərvər olmaq. Çox maraqlı ssenarisi var həmin filmlərin. Həqiqətən, elə olub - meşələrdə olublar, qaçıblar, atası, sonra özü; uşağı varkən əzab-əziyyətlərə dözmək, öz yaxınını qurban vermək… Nəyisə əldə etmək üçün nəyisə qurban verməlisən. Belə insanlar az olur və onlar seçilirlər digərlərindən".

O, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) 44 günlük Vətən müharibəsi zamanı gördüyü işlərdən də danışıb:

"Çox istərdim ki, bizim o XTQ-nin yanında olum ki, onları iş başında canlı görə bilim. Hər birimizin yaxını var, oradan eşidirik. Amma bizim eşitdiklərimiz heç nədir. Bizim o kinolarda gördüklərimiz heç nədir. Bizim sırf o XTQ-lərin etdikləri bu kinoları, bu sərkərdələri, elə bil, üstələdi də.

Bax düşünək: O vaxt döyüşmək üçün silah nə idi? Qılınc, ox, nizə. Yəni səni 500 metrdən vura bilməzdilər. Amma indi səni kilometrlərlə uzaqdan vura bilərlər. Amma buna baxmayaraq, sən haralara çıxırsan, nələr edirsən… XTQ-mizin bu şücaəti mənə çox güc verdi, məni xarakter olaraq dəyişdi. Ona görə mən həmişə dəfələrlə demişəm ki, Allah onları qorusun, Allah bütün şəhidlərimizə rəhmət etsin. Hər bir xalqın damğası olur. 30 illik işğal zamanı üzərimizdə başqa bir damğa vardı, amma bundan sonra Azərbaycan xalqının damğası başqa yönə dəyişdi. O vaxtlar spartalılar, Osmanlı haqqında danışırdılarsa, başqalarını deyirdilərsə, indi də azərbaycanlılar haqda danışır, etdiklərimizi deyirlər. Bunu edənlərlə qürur duyuram".

O, dinin onun həyatında işlərinə çox kömək etdiyini bildirib:

"Qüsurlarımız var, amma çalışıram ki, bir müsəlman olaraq qaydalara tam riayət edim. Mən gözümü açandan anamın ibadət etdiyini görmüşəm. O vaxt çətin vaxtlar idi, hətta deyərdim, bəlkə də, gizlində ibadət edirdi. Ondan öyrənmişəm. Müsəlmanıq. Haqq burada, ədalət burada, dostluq burada, hər şey burada – islamdadır. Dinimizdə hər şey var. Hər şeyi gözəl-göyçək göstərib, təqdim ediblər bizə. Din deyir ki, paxıl olma, işgüzar ol, daim pis şeylərdən uzaq ol, yaxşıya daha çox yaxınlaş. O qədər yanlış addımlarım, yanlış danışığım, yanlış hərəkətim, yanlış işim olub ki...

Dinimiz mənə çox şeylər verib. Məsələn, dinimiz həmişə deyib ki, yerindən asılı olmayaraq, rəhbərinə sadiq ol. Ölkə rəhbərinə, işdə rəhbərinə sadiq olmaq, ona qarşı çıxmamağı tövsiyə edib, mən də bunu özümdə həkk etmişəm. Hazırda klubdayıq, burada da mənim rəhbərim var. Mən burada, hə, baş məşqçiyəm. Amma klubu idarə edənlər var, rəhbərləri var. Onlara sadiq olmaq, onlara qarşı çıxmamağı öyrənmişəm. Din mənə çox şey verib. Həyatımdan razıyam, narazı bir dənə özümdənəm. Daha fərqli ola bilərəm, amma insan nəfsi bəllidir. Bir gün dözə bilirsən, bir gün dözə bilmirsən. Buna görə özümdən narazıyam".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1234   Tarix: 21 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar. Bu barədə -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadı

22 sentyabr
.

"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək

15 sentyabr
.

"Liverpul" Braziliya millisinin hücumçusu Rayanı transfer edə bilər

İngiltərənin "Liverpul" klubu "Bornmut"un və Braziliya millisinin hücumçusu Rayanı rekord məbləğə transfer edə bilər. "Report" "TeamTalk"a istinadən xəbər verir ki, bu transferdə "Liverpul"un baş məşqçisi Andoni İraola təkid edir. 2023-2026-cı illərd

14 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr
.

Şarl Lekler: "Azərbaycan Qran-prisi yarışmaqdan zövq aldığım mərhələlərdən biridir"

"Azərbaycan Qran-prisi yarışmaqdan zövq aldığım mərhələlərdən biridir". xəbər verir ki, bunu "Formula-1" Azərbaycan Qran-prisi öncəsi təşkil olunan mətbuat konfransında "Ferrari" komandasının pilotu Şarl Lekler deyib. Monakolu pilot Bakıda keçirilən sıralama turlarında adətə

23 sentyabr
.

"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib

"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund

14 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)

"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç

12 sentyabr
.

İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub

İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola

12 sentyabr