Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlərFransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb.

Oxu.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib.

"Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarında cəmi iki nəfərdirlər. Mən onlardan sonrakı nəslə aidəm və onlardan ilham almışam. Onlar futboldakı qaydaları dəyişdilər, bu idmana baxışımızı dəyişdirdilər. Onlardan əvvəlki və onlardan sonrakı futbol anlayışı var. Bu da o deməkdir ki, arxanızda silinməz iz qoymusunuz. Futbol zövqünüzdən asılı olaraq onlardan birinə üstünlük verə bilərsiniz. Amma Messi və Ronaldunun etdiklərinə və hələ də etməyə davam etdiklərinə görə minnətdarlıq və hörmət hissi olmalıdır", - deyə fransalı futbolçu qeyd edib.

Fransalı hücumçu öz karyerası ilə bağlı isə maraqlı açıqlama verib:

"Mənə gəldikdə isə, lazım olsa, 100 yaşımadək oynadığımı təsəvvür edirəm. Artıq oynaya bilmədiyin anı başa düşmək bir növ zəka tələb edir. Messi isə belə düşünməyib, çünki o, hələ də bunu bacarır.

Amma Messi elə Messidir. Mən özümü fərqli futbolçu hesab edirəm. O isə fərqli futbolçular arasında belə fərqli olan bir futbolçudur".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 297   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə

12 oktyabr
.

Camal DÇ-yə qələbə ilə başladı - Yenilənir

Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq

10 oktyabr
.

Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib

Misli Premyer Liqasında VII tura start verilib. -ın məlumatına görə, günün ilk oyununda "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olub. Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. "Sarı-göylər"in ilk qolunu 31-ci dəqiqədə Blessin

9 oktyabr
.

Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı

Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal

9 oktyabr
.

Olisedən tarixi göstərici

Fransa millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ötən gün Belçika yığmasını 4:1 hesabı ilə məğlub edib. xəbər verir ki, bu görüşdə Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Maykl Olise iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da futbolçunun Fransa millisind

6 oktyabr
.

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı

4 oktyabr
.

Hər gecənin bir "Sabah"ı var... - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar

13 oktyabr
.

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış

12 oktyabr
.

Əfsanəvi futbolçu Artyom Dzyuba karyerasını başa vurdu

Rusiyanın məşhur hücumçusu Artyom Dzyuba 38 yaşında peşəkar futbolçu karyerasını başa vurub. xəbər verir ki, bu barədə 38 yaşlı futbolçunun özü açıqlama verib. Dzyuba son olaraq "Akron"da çıxış edib və klubdan ayrıldıqdan sonra azad agent statusunda idi. O, karyerası ərzində "Spartak Moskva"

4 oktyabr