"Cənab Prezident İlham Əliyev forumda çıxışı zamanı bir sıra mühüm problemlərin anonsunu da vermiş oldu" - DEPUTAT

"Cənab Prezident İlham Əliyev forumda çıxışı zamanı bir sıra mühüm problemlərin anonsunu da vermiş oldu" - DEPUTAT"IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev dünyanın diqqətini qloballaşan mövcud problemlərə, təhlükəsizliyə və gözlənilən qida böhranı məsələlərinə çəkib".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın bu cür mühüm əhəmiyyət kəsb edən forumlara ev sahibliyi etməsi, hər il iştirakçıların sayının artması ölkəmizə olan diqqət və marağın olmasının, xüsusilə də cənab Prezident İlham Əliyevin uğurlu diplomatik siyasətinin sübutudur:

"Ən önəmlisi isə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzu IX Qlobal Bakı Forumu ilə özünü bir daha təsdiq etdi. 50-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi bütün bunları bir daha təsdiq edir. Bu tədbir dünya miqyaslı problemlərin araşdırılmasına və həlli yolla­rı­nın müəyyənləşdirilməsinə istiqamətləndirilib. Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.

Cənab Prezident İlham Əliyev forumda çıxışı zamanı bir sıra mühüm problemlərin anonsunu da vermiş oldu. Çıxışında ölkə başçısı böhranın qaçılmaz olduğunu qeyd edərək problemin həll yollarını da açıqladı. Xüsusi olaraq cənab Prezident İlham Əliyev böhranla mübarizədə aparıcı beynəlxalq və maliyyə institutlarının rolunun müəyyən olunmasının vacibliyini qeyd etdi. Belə ki, beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar. Əslində bu böhrandan unikal çıxış istiqamətidir. Cənab Prezident İlham Əliyevin bu çıxışı forum iştirakçıları tərəfindən dəstəkləndi".

Deputat vurğulayıb ki, təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib:

"Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. 44 günlük Vətən müharibəsində Azərbaycan ədaləti bərpa edərək torpaqları tarixi sahibinə qovuşdurdu, dünya ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu etiraf etmək məcburiyyətində qaldı. Bu gün Şuşamız azaddır. Azərbaycan qalib ölkə olaraq tarixi Zəfərimizin reallıqları fonunda diktə edən tərəf kimi çıxış edir, postmünaqişə dövrünün gündəliyini özü formalaşdırır. Artıq iki ilə yaxındır ki, beynəlxalq əhəmiyyətli tədbirlərin əsas mövzusu postmünaqişə dövrünün reallıqlarıdır".

Deputat söyləyib ki, ölkə başçısı forumdakı çıxışı zamanı müharibə bitdikdən sonra bütün dünyanın ermənilərin işğal zamanı hansı dağıntıları və vəhşilikləri törətdiklərini gördü:

"Ümumiyyətlə Azərbaycan hər zaman sülhün, sabitlik və regionun dayanıqlı inkişafının tərəfdarı olub. Təbii ki, atılan addımlar qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinməliyik. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Ölkəmiz eyni addımı Ermənistandan da gözləyir. Heç kəsə sirr deyil ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsiz fəaliyyəti 30 ilə yaxın bir dövrdə heç nəyə nail ola bil­mədi. Münaqişəni Azərbaycan öz gücü ilə həll etdi. Ali Baş Komandan İlham Əliyevin ölkə başçısı seçildiyi vaxtdan ordu quruculuğu sahəsində atdığı addımlar sayəsində Azərbaycan qısa müddət ərzində düşməni döyüş meydanında darmadağın edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Bundan sonra kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və regionda bir disbalans yaradır. Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Təbii ki, Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin Konstitusiyasına görə, illər boyu Azərbaycanda yaşayan ermənilər də daxil olmaqla bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir.

Forumda çıxışı zamanı cənab Prezident İlham Əliyev digər mühüm məsələlərə də toxundu. Dövlət başçısını diqqətlə dinləyən iştirakçıların bir çoxu çıxışları ilə cənab Prezidentlə eyni fikirdə olduqlarını qeyd etdilər.

Bu gün əminliklə deyə bilərik ki, Qlobal Bakı Forumu bütün dünyanın diqqətlə izlədiyi mühüm platformaya çevrilib. Əlbəttə ki, bütün bunlar cənab Prezident İlham Əliyevin siyasi iradəsi və diplomatik gücü sayəsindədir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1251   Tarix: 22 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021