Balakəndə AĞIR QƏZA - 2 nəfər öldü
Balakəndə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün gecə saat 01:00 radələrində rayonun Talalar kəndi ərazisində qeydə alınıb.
Şəhər sakini Kamran Əhmədovun idarə etdiyi "Ford Transit" markalı avtomobillə Gürcüstan Respublikası vətəndaşı Elnur Vəliyevin idarə etdiyi "VAZ-2103" toqquşub. Nəticədə "Ford"un sürücüsü K.Əhmədov və sərnişini Rəfiqə Eminova, eləcə də "VAZ"ın sürücüsü E.Vəliyev və sərnişinləri, Şambul kənd sakinləri Şahin Mustafayevlə Nurlan Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
"VAZ" avtomobilindəki digər iki sərnişin, 1996-cı il təvəllüdlü İbrahim Musayev və 1974-cü il təvəllüdlü İlqar Əhmədov isə hadisə nəticəsində almış olduqları ağır xəsarətlərdən vəfat ediblər.
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1491 Tarix: 25 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr