Yay mövsümündə haraya gedək? - Bölgə turizminin ənənəvi problemləri

Yay mövsümündə haraya gedək? - Bölgə turizminin ənənəvi problemləri"Biz həmişə Türkiyəyə istinad edirik. Turizmin çevik, müasir metodları ilə bağlı onların təcrübəsindən yararlanmaq lazımdır. İndi insanlar kosmosa uçur. Biz kəndə gedən turistə yol aça bilmirik?"

Yay turizm mövsümünün başlaması ilə bayram tarixlərində və həftə sonlarında insanlar ətraf bölgələrə üz tuturlar. Turizm şirkətləri rayonlara müxtəlif turlar təklif edirlər. Bu səfərlərdə yerli insanlarla yanaşı, əcnəbilər də fəal iştirak edir.

Keçən həftə İsmayılı-Qəbələ turumuzda təbiətimizin qeyri-adi gözəlliyini seyr edib, kənd turizminin inkişafını gördük. Bununla yanaşı, daxili turizmdə mövcud olan bir sıra ənənəvi problemlər də nəzərimizdən yayınmadı.

Əsas sual: Haraya gedək?

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma edib. Həmin məqaləni təqdim edirik

İstənilən bölgəyə ayaq qoyanda "Haranı görək?" sualı yaranır. Əldə dəqiq xəritə olmayanda və ya informasiya qıtlığı yaşananda yerli sakinlərdən soraqlaşmalı olursan. Qəbələdə də eyni vəziyyətlə üzləşdik.

Yolboyu çay içmək və ya qəlyanaltı üçün ayaq saxladığımız kafelərdə antisanitariya şəraitində xidmətlər, üfunət qoxulu sanitar qovşaqlarla qarşılaşdıq. Xidmət haqqı üçün heç bir qəbz təqdim olunmur və ödəniş köhnə dədə-baba qaydası ilə nağd ödənir. Nəzərə alsaq ki, bölgələrə səfər edən çox sayda əcnəbi turistlər də eyni vəziyyətlə qarşılaşır, onda müqayisə nöqteyi-nəzərindən problemə üzdən baxıb keçmək olmur.

Rayona daxil olunca yol boyu və ara küçələrdə divara vurulan və ya ağaclardan asılan "Kirayə ev var" elanlarına rast gəlinir. Turizmin canlanması hesabına sakinlərin evlərini kirayə verib və məhsullarını satıb dolanmaları üçün münbit imkan yaranıb. Sadəcə, bu təkliflərin rəqəmsal müstəvidə təqdim olunmasında boşluqlar var.

Daxili turizmdəki ənənəvi problemlər

Qəbələ rayonunun Nohurqışlaq kəndinin ərazisində yerləşən, adında neçə-neçə əfsanəni yaşadan Nohur gölü turistlərin və yerli sakinlərin ən çox maraq göstərdiyi məkanlardandır. Hər il minlərlə turistin baş çəkdiyi Vəndam kəndindəki Yeddi Gözəl şəlaləsi, İsmayıllının sıx meşələri də turistləri cəlb etmək baxımından unikal yerlərdir. Ərazidə axan çayları, sərin bulaqları, üzərində heç bir yol nişanı və ya elan yazılmasa belə, yerli sakinlərin məlumatı ilə üzərinə gedib çıxdığımız "Ögey ana" kimi sevilən filmin çəkildiyi yerlərə səyahət hamı üçün maraqlıdır. Sadəcə, turistik məkanların tanıtımı peşəkar səviyyədə təşkil olunsa, bu, daha çox turistin cəlbinə və daxili turizmin inkişafına səbəb olar.

Mövzu ilə bağlı ünvanlayacağım suallara nə İsmayıllı Turizm İnformasiya Mərkəzinə açdığımız telefonla, nə də fb platformasındakı səhifələrinə yazdığım mesajla cavab ala bildik.

Kənd evlərinin standartlaşması

"Hər regionda fəaliyyət göstərən turizm nümayəndəlikləri bu işlərlə məşğul olmalıdır"- deyə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir: "Hər bir obyekt haqqında müfəssəl məlumat verilməlidir. Kənd evlərinin standartlaşması, onların təqdimatının aparılması məsələsi gecikir. Bizdə bu istiqamətdə çeviklik yoxdur. Bu məsələdə qonşu Gürcüstandan geri qalırıq. Biz həmişə Türkiyəyə istinad edirik. Turizmin çevik, müasir metodları ilə bağlı onların təcrübəsindən yararlanmaq lazımdır. İndi insanlar kosmosa uçur. Biz kəndə gedən turistə yol aça bilmirik?" Ekspertin fikrincə, əsasən, gəlmə turizminə üstünlük vermək lazımdır: "İspaniya, Avstriya və ya Fransa kimi ölkələr də məhz gəlmə turizmini inkişaf etdirirlər. Onlar ölkəyə valyuta gətirirlər. Biz də lazımı şəraiti yaratmaqla buna çalışmalıyıq".

Say artmalıdır ki, rəqabət olsun

Turizmçi Ceyhun Aşurov mövsümün açılması ilə əlaqədar turizmdə canlanmanın olduğunu təsdiq edir: "Regionlara səfər edən turistlər çoxalıb. Xaricdən gələnlər də çoxdur. İnfrastrukturu daha inkişaf etmiş rayonlarımız daha çox turist qəbul edir. Amma bəzən yolüstü kafelərdə antisanitariya problemlərinə rast gəlinir. Təmizlik, gigiyena qaydalarına riayət olunmur. Otellərdə qalma yerləri azdır. Bu gün İqtisadiyyat Nazirliyi KOBİA və Turizm Agentliyi tərəfindən kənd evlərinin standarta salınması təşviq olunur. Ailə ilə gedəndə insanlar o evlərdə qala bilir. Həmin qiymətlər oteldə qalma qiymətlərindən daha sərfəlidir. Kənd evlərinin sayı artdıqca kəmiyyət məsələsi önə çıxır. Kəmiyyət aşağı olduğu üçün keyfiyyət dəyişikliyinə keçə bilmirik. Kənd evlərinin, otellərin və yolüstü restoranların sayı artmalıdır". C.Aşurov bildirir ki, turistlərin görməli yerlərlə tanışlığı üçün yol nişanlarının tətbiqi də vacib amillərdəndir: "Sakinlər evləri, bağları özlərinin təşkil etdiyi bir platformada təklif edə bilərlər. Düzdür, bunu edirlər, amma qənaətbəxş deyil. Evini kirayə vermək istəyən adam özü internet resursları ilə necə davranmaq haqda məlumatlı deyil. Bunu daha çox vasitəçilər edirlər ki, onlar da pul qazanırlar. Əsas odur ki, məlumatı müştərini aldatmadan versinlər". Turizmçinin fikrincə, gəzməli-görməli yerlər haqda hər regionun turizm mərkəzi məlumat verməlidir. Onların daha intensiv işləməsində və sosial mediada aktiv olmasında fayda var: "İnternetdə nə qədər çox məlumat yerləşdirilərsə, insanlar üçün də o qədər asan olar. Məkan adları, turistik yerlərin adı qeyd edilməlidir. Yerli icra hakimiyyəti və turizm nümayəndəliyi bu məlumatların yayılmasında maraqlı olmalıdırlar. Bununla bağlı turizm şirkətləri ilə birgə işlənilməlidir".

İstədiyimiz keyfiyyət üçün

Turizmçinin fikrincə, peşəkar turizm şirkətləri ilə səfər edərkən bu problemlər turistləri narahat etmir. Fərdi qaydada səfərlərdə isə bəzən informasiya qıtlığı, gəzməli-görməli yerlərin marşrutları ilə bağlı problemlər yaşana bilir: "Məncə, maksimum sayda kəmiyyətin artırılmasına çalışmalı, regionlarda görməli yerlərin tanıdılması istiqamətində işləri genişləndirməli, mövcud restoranların, yolüstü, turistik marşrutların üzərində olan kafelərdə sanitar-gigiyenik qaydalara riayət etməli, sanitar qovşaqların sayını artırmağa çalışmalıyıq. Həmçinin, qalma yerlərinin sayı artmalıdır. Say artımı rəqabət mühitini intensivləşdirəcək, insanları daha çox hərəkətə gətirəcək. Sahibkarlar müştəri uğrunda daha çox yarışa girəcəklər. Biz yalnız o zaman istədiyimiz keyfiyyəti əldə edə biləcəyik".

Qeyd edək ki, ölkədə Dövlət Turizm Agentliyi tərəfindən region turizminin inkişafı üçün müxtəlif layihələr həyata keçirilir. Amma görünən odur ki, böyük layihələr fonunda xırda sayılan işlərin öndə tutulmasına və qabardılmasına daha çox ehtiyac var. Necə deyərlər, məsələyə "Təkamül" nöqteyi-nəzərindən yanaşsaq, ibtidaidən aliyə, riyazi baxımdan yanaşsaq, sadədən mürəkkəbə doğru...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 987   Tarix: 25 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr