Rusiya ilə yeni saziş: Kreml üzərinə öhdəlik götürür

Rusiya ilə yeni saziş: Kreml üzərinə öhdəlik götürürRusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalandı. Məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınmasıdır.

Sazişdə təhdidlərin nədən ibarət olduğu qeyd olunur:

- dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;

- mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları;

- terrorçuluğun təbliğatı və terror məqsədləri;

- dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması;

- millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması;

- vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar.

Sazişə əsasən tərəflər təhlükəsizlik və sabitliyin qorunub saxlanılması, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət, həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi istiqamətində işləyəcəklər.

Saziş bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni nəzərdə tutan, informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məqsədini güdən əməkdaşlıq çərçivəsidir.

Saziş Azərbaycana nə verəcək?

Rusiyada Azərbaycanın suverenliyinə qarşı təhdidlərin informasiya sahəsində də mövcudluğu bəlli məsələdir, xüsusilə erməni lobbisi Bakıya qarşı informasiya müharibəsi aparır. Simonyançıların timsalında zaman-zaman bu təhdidlər gündəmə gəlir. Bunun fonunda Qarabağdakı separatçı-terrorçulara informasiya dəstəyinin verildiyi faktı da var. Sonuncu dəfə separatçıların qondarma "nazirinə" Ria-Novosti agentliyində platformanın verilməsi problemin ciddiliyindən xəbər verir.

Bu Saziş məhz belə təhdidlərin qarşısının alınmasına imkan yaradacaq.

Birincisi, Rusiya informasiya məkanında Azərbaycana qarşı irəli sürülən təhdidlər bloklanır;

İkincisi, Ermənistanın və erməni diasporu/lobbisinin Rusiya informasiya məkanında Azərbaycana qarşı fəaliyyəti məhdudlaşır;

Üçüncüsü, Qarabağdakı separatçıların Rusiya informasiya məkanına çıxışı və bu çıxışla özlərini "tərəf" kimi sırımaq cəhdlərinin qarşısı alınır;

Dördüncüsü, Azərbaycan yeni Sazişlə terrorçuluğa qarşı mübarizəni gücləndirir ki, bu da Qarabağdakı separatçı-terrorçuların neytrallaşdırılması prosesində mühüm rol oynaya bilər;

44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycana qarşı addımları əsasən informasiya məkanına köçürülüb və bu prosesdə Rusiya informasiya resursları əsas platforma olaraq istifadə olunur. Hərbi cəbhədə döyüşü zəfərlə başa vuran rəsmi Bakı bu Sazişlə informasiya cəhbəsində də nəzarəti ələ alır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1122   Tarix: 25 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə maraqlı tapıntı aşkarlandı

Arxeoloqlar 2024-cü ildə Türkiyənin cənub-qərbində aşkar edilmiş Roma dövrünə aid əhəngdaşı kahinliyinin üzərindəki yazıları deşifrə ediblər. Məlum olub ki, daş sütunda qədim sakinlərin heyvan sümüklərindən düzəldilmiş zarlardan istifadə edərək tanrılara verdiyi 56 suala cavab varmış. xəbər verir ki

21 oktyabr
.

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib. Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib. Sosia

21 oktyabr
.

"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır

İran ABŞ prezidenti Donald Trampı siyasi olaraq zəiflətmək üçün danışıqları qəsdən uzadır. Bunu iranlı rəsmilər "Reuters"ə açıqlamada deyiblər. Onların sözlərinə görə, Tehran Trampa seçkiqabağı siyasi qələbə vermək istəmir. "İran ABŞ və İsrailin yeni hücumlarına hazırlaşır, müharibəni

20 oktyabr
.

Cennifer Lopezin həmkarı ilə yeni eşq yaşadığı iddia olunur

Amerikalı müğənni və aktrisa Cennifer Lopezin həmkarı ilə romantik münasibətə başladığı barədə xəbərlər yayılıb. İddialara görə, 57 yaşlı ulduz "Netflix" platforması üçün çəkilən "Ofis romanı" filmindəki tərəf-müqabili, 46 yaşlı aktyor Bret Qoldşteynlə görüşür. Qaynarinfo xəbər veri

20 oktyabr
.

BBC və BBC Scotland telekanalları bağlanacaq

Böyük Britaniyanın BBC media korporasiyası xərclərin azaldılması planı çərçivəsində BBC Three və BBC Scotland televiziya kanallarını gələn il bağlamağı planlaşdırır. Qərar korporasiyanın maliyyə vəziyyəti və gələcək yayım strategiyası ilə bağlı müzakirələrə səbəb olub. Məlumata görə, BBC təxminən 50

21 oktyabr
.

Marko Rubio Özbəkistana səfərə gedib

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə

19 oktyabr
.

Milanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib

İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri

20 oktyabr
.

Trampın xüsusi nümayəndəsi danışıqlar üçün Rusiyaya gedib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar aparmaq üçün yenidən Rusiyaya səfər edib. xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov bildirib. Onun səfəri Osloda Vladimir Zelenski ilə görüşdən bir gün sonra baş tutacaq

21 oktyabr
.

Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində

20 oktyabr