"Putin ölümcül xəstədir? Özünüzü aldatmağa dəyməz..."

"Putin ölümcül xəstədir? Özünüzü aldatmağa dəyməz...""Bu ilin oktyabr ayında Putinin 70 yaşı tamam olur və qocaldıqca onun sağlamlığına diqqət yalnız güclənəcək"

"Bəziləri onun ciddi xəstə olduğu, bəziləri isə hətta öldüyü qənaətindədir"

"Kreml Putinin sağlamlıq vəziyyətinin əla olduğunu iddia edir..."

"Putin ölsə belə, bu, Ukraynada hərbi əməliyyatların sona yetməsinə kömək etməyəcək"

Son zamanlar Rusiya prezidenti Vladimir Putinin sağlamlığı barədə şayiələr dalğası səngimək bilmir. Anonim və o qədər də anonim olmayan mənbələr iddia edir ki, o, xərçəngdən və Parkinson xəstəliyindən əziyyət çəkir, bəziləri isə az qala onun öldüyünü və oxşarının əvəzləməsini iddia edib.

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

Putinin yüksək vəzifəli köməkçiləru ilə görüşündən çəkilən fotoşəkillər az qala mikroskop altında nəzərdən keçirilir: müdafiə naziri Sergey Şoyqu ilə görüşdə o, ağrıdan masadan tutmayıbmı? Onun şişkin sifəti steroid preparatların istifadəsinin əlaməti deyilmi? Titrəyən ayağı Parkinson xəstəliyinə dəlalət etmirmi?

Ötən bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz müsahibəsində Putinin xəstəliyi və ya ölümü barədə gümanları təkzib etməyə məcbur olub.

"Prezident Vladimir Putin hər gün ictimaiyyət qarşısına çıxır, - Lavrov bunu fransız televiziyasına müsahibəsində deyib. - Siz onu ekranlarda görə, çıxışlarını oxuyub dinləyə bilərsiniz. Mən düşünmürəm ki, sağlam düşüncəli insanlar hər hansı xəstəlik və ya pis ovqatın əlamətlərini görə bilər".

O, deyib ki, Putinin sağlamlığının pis olması barədə məlumatları "bu şayiələri yayanların vicdanına buraxır".

Mayın 30-da Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb və Təhlükəsizlik Şurasının iclasını keçirib. Hər iki görüş distansiyadan baş tutub. Putinlə görüşən və karantindən keçməyən köməkçiləri və dünya liderləri prezidentdən on metr aralıda uzun masa arxasında əyləşməli olub.

Bundan öncə uzun illər Rusiyada işləyən sabiq britaniyalı casus bəyan edib ki, Putin "ciddi xəstədir". O, iddia edib ki, onun xəstəliyi Rusiyanın Ukraynaya müdaxiləsinin "elementlərindən biri" olub.

Ötən həftə oxşar bəyanatla Ukrayna hərbi kəşfiyyatının rəisi Kirill Budanov da çıxış edib.

"Onun bir sıra xəstəlikləri var, onlardan biri də xərçəngdir", - bunu Budanov "Ukrainskaya pravda" nəşrinə müsahibəsində deyib. - Lakin Putinin sabah ölməsinə ümid etməyə dəyməz".

O, həmçinin bəyan edib ki, çevriliş "nəticə etibarı ilə Rusiya Federasiyasında rəhbərliyin dəyişilməsinə gətirib çıxaracaq. Bu prosesə artıq start verilib".

May ayında sabiq sovet kəşfiyyatçısı Boris Karpuçkov "Sun" qəzetinə heç bir sübut olmadan məlumat verib ki, Putin "çoxsaylı" xəstəliklərdən, o cümlədən demensiya və Parkinson xəstəliyindən əziyyət çəkir.

"New Lines" jurnalı iddia edir ki, əldə edilən səs yazısında oluqarxlardan biri deyir ki, Putin "qan xərçəngi xəstəsidir". Bu məlumatların heç biri təsdiq edilməyib.

Vaşinqtondakı qanunvericilərdən, kəşfiyyat komitəsindən respublikaçı senator Marko Rubio da söhbətə qoşulub.

"Mən sizinlə daha müfəssəl məlumatı bölüşmək istərdim, lakin hələlik onu deyə bilərəm ki, Putinlə nəsə baş verir", - Rubio fevralın sonunda özünün "Twitter"səhifəsində yazıb.

"Layihə" tədqiqat saytının məlumatlarının birində deyilir ki, Putində qalxanabənzər vəzin xərçəngi və ya başqa xəstəlik güman edilir. Jurnalistləri bu nəticəyə gəlməyə Putinin səfərləri zamanı onu müntəzəm olaraq onkoloq və iki otolarinqoloqun ziyarət etməsi barədə məlumatların sosial şəbəkələrə sızması sövq edib.

Həmçinin müəyyən edilib ki, prezidentin tibbi heyəti 2017-2019-cu illərdə iki dəfə artıb.

Kreml Putinin xəstəliyi barədə məlumatları təsdiq etməyib, bəyan edib ki, Rusiya liderinin sağlamlıq vəziyyəti əladir.

Kremlin mətbuat katibi Dmitri Peskov Putinin xəstəlikləri ilə spekulyasıyaları "uydurma və həqiqətə uyğun olmayan" adlandırıb.

Rusiya prezidentinin xəstəlikləri və travmaları haqqında şayiələr artıq iyirmi ilə yaxındır davam edir və bunun da günahı müəyyən mənada Kremldədir, çünki Putinin sağlamlığı və yeri barədə məlumatlar ciddi surətdə gizlədilir.

Hakimiyyətə gəldiyi gündən Putin özünün cəsarətli və idman obrazını saxlamağa çalışıb. Onun at üstündə köynəksiz gəzintiləri, dzüdo və xokkeylə məşğul olması sələfi Boris Yeltsindən fərqini göstərib, çünki Yeltsin güclü içən olub, sağlamlığının zəif olması sonucda onu pis liderə çevirib.

Lakin keçmişdə Putin bir neçə həftə yoxa çıxanda xokkey və dzüdo məşğələləri zamanı idman travmaları alması barədə məlumatlar yayılıb. Bu yaxınlarda o, deyib ki, öz prezidentliyinin əvvəlində atdan yıxılıb.

Kreml müntəzəm olaraq "konservlər"dən istifadə edir, yəni əvvəlcədən reportajlar çəkilir, belə təəssürat yaranır ki, iclaslarda özü iştirak edir, əslində isə özü oralarda olmur. Belə hallardan biri koronavirus zamanı baş verib, Kreml iddia edib ki, Putin Moskvadadır, eyni zamanda onun Soçidə oxşar kabineti olduğu barədə məlumat yayılıb.

Müharibə başlanandan bəzi məlumatlarda Putinin ağrılı bədən dili diqqəti çəkib. Güman edilib ki, Putinin belində problemlər ola bilər. Onun bədəninin vizual görüntüləri onunla izah edilib ki, ictimaiyyət qarşısında korset və ya zirehli gödəkcə gəzdirə bilərdi.

Lakin ekspertlər hələlik bu fikirdədir ki, Putinin sağlamlıq vəziyyəti barədə məlumatlar kifayət qədər deyil. Amerikanın üç hərbi və kəşfiyyat eksperti "Business İnsider" nəşrinə bəyan edib ki, belə şayiələr etimad doğurmur.

İstefada olan briqada generalı, Rusiyada müdafiə məsələləri üzrə sabiq attaşe Kevin Rayanın sözlərinə görə, ardıcıl şayiələr Putinin təbqidçilərinin arzu etdiklərini gerçəklik kimi qəbul etməyin əlaməti ola bilər. Onlar hesab edir ki, Putinin ölümü hansısa üsulla Ukraynada müharbəyə son qoya bilər.

Rayan deyib ki, Putinin ölümə yaxın olması və ya hansısa ciddi xəstəlikdən əziyyət çəkməsinin heç bir sübutunu görməyib və vurğulayıb ki, hətta o, ölsə belə, bu, heç də atəşin dayandırılmasına və ya Ukraynada hərbi əməliyyatların sona yetməsinə kömək etməyəcək.

Bu arada isə oktyabr ayında Putinin 70 yaşı tamam olur, qocaldıqca onun sağlamlığına diqqət, ehtimal ki, yalnız güclənəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1693   Tarix: 25 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə maraqlı tapıntı aşkarlandı

Arxeoloqlar 2024-cü ildə Türkiyənin cənub-qərbində aşkar edilmiş Roma dövrünə aid əhəngdaşı kahinliyinin üzərindəki yazıları deşifrə ediblər. Məlum olub ki, daş sütunda qədim sakinlərin heyvan sümüklərindən düzəldilmiş zarlardan istifadə edərək tanrılara verdiyi 56 suala cavab varmış. xəbər verir ki

21 oktyabr
.

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib. Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib. Sosia

21 oktyabr
.

"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır

İran ABŞ prezidenti Donald Trampı siyasi olaraq zəiflətmək üçün danışıqları qəsdən uzadır. Bunu iranlı rəsmilər "Reuters"ə açıqlamada deyiblər. Onların sözlərinə görə, Tehran Trampa seçkiqabağı siyasi qələbə vermək istəmir. "İran ABŞ və İsrailin yeni hücumlarına hazırlaşır, müharibəni

20 oktyabr
.

Cennifer Lopezin həmkarı ilə yeni eşq yaşadığı iddia olunur

Amerikalı müğənni və aktrisa Cennifer Lopezin həmkarı ilə romantik münasibətə başladığı barədə xəbərlər yayılıb. İddialara görə, 57 yaşlı ulduz "Netflix" platforması üçün çəkilən "Ofis romanı" filmindəki tərəf-müqabili, 46 yaşlı aktyor Bret Qoldşteynlə görüşür. Qaynarinfo xəbər veri

20 oktyabr
.

BBC və BBC Scotland telekanalları bağlanacaq

Böyük Britaniyanın BBC media korporasiyası xərclərin azaldılması planı çərçivəsində BBC Three və BBC Scotland televiziya kanallarını gələn il bağlamağı planlaşdırır. Qərar korporasiyanın maliyyə vəziyyəti və gələcək yayım strategiyası ilə bağlı müzakirələrə səbəb olub. Məlumata görə, BBC təxminən 50

21 oktyabr
.

Marko Rubio Özbəkistana səfərə gedib

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə

19 oktyabr
.

Milanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib

İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri

20 oktyabr
.

Trampın xüsusi nümayəndəsi danışıqlar üçün Rusiyaya gedib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar aparmaq üçün yenidən Rusiyaya səfər edib. xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov bildirib. Onun səfəri Osloda Vladimir Zelenski ilə görüşdən bir gün sonra baş tutacaq

21 oktyabr
.

Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində

20 oktyabr