Rusiya bu dövlətlərə parçalanacaq - Sensasiya

Rusiya bu dövlətlərə parçalanacaq - SensasiyaABŞ hökumətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının təşkil etdiyi müzakirələrlə bağlı sensasion material yayımlanıb.
Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, müzakirələr "Rusiyanın bir neçə dövlətə bölünməsinin strateji zəruriliyinə" həsr olunub. Müzakirələrdə iştirak edənlər hesab edirlər ki, Rusiya ərazisində yaşayan xalqların "azad dünya ölkələri ailəsinə daxil olmasına" nail olmaq mümkündür.

"Substack" portalında yayılan məqalədə Rusiyanın bölünməsi konsepsiyasının amerikalı müəlliflərin bu prosesin necə həyata keçiriləcəyini göstərdiyi xəritələrdən biri də yerləşdirilib. Portal yazır ki, bu cür ciddi mövzunun müzakirəyə çıxarılmasına baxmayaraq, iştirakçılar özləri də etiraf ediblər ki, bu, sadəcə olaraq, onların "arzu və fantaziyası"dır.

Planda Rusiya Federasiyasının ərazisində bir neçə dövlət - Rusiya Respublikası, Komi, Ural Respublikası, Sibir Respublikası, Saxa Respublikası, Altay, Tuva, Buryatiya, Uzaq Şərq Respublikası, Şimali Qafqaz Respublikası, Mordoviya, Çuvaşiya, Mari El, Tatarıstan, Başqırdıstan, Kalmıkiya və Udmurtiya respublikalarının yaradılacağı iddia olunur.

Məqalədə o da bildirilir ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan ABŞ bütün gücünü Rusiyanı zəiflətmək üçün səfərbər edib. Yada salınır ki, bundan əvvəl Vaşinqton Rusiyada hakimiyyət dəyişikliyi etmək istədiyini gizlətməyib. Ağ Ev rəhbəri Cozef Bayden çıxışının birində məqsədlərinin Rusiyada hakimiyyət dəyişikliyinə nail olmaq olduğunu etiraf edib. Sonradan Bayden fikirlərinə bəzi düzəlişlər edib, hakimiyyət dəyişikliyinin Rusiya xalqının iradəsindən asılı olduğunu deyib.

Portal yazır ki, ABŞ hökumətinin təşkilatçılığı ilə keçirilən indiki müzakirələr isə onu göstərir ki, "Rusiyanın müstəmləkəsizləşdirilməsi" ideyası ilə Amerika siyasətçiləri daha da "irəli gediblər".

Materialın müəllifi xəbərdarlıq edir ki, Amerika xarici siyasət elitasının əksəriyyəti təhlükəli bir eyforiya içərisindədir. Onlar elə güman edirlər ki, indi hər şeyə qadir bir dövləti təmsil edirlər. Onlar özlərini əbədi qaliblər kimi görürlər. Lakin sanksiyaların istənilən effekti verməməsi, Ukraynanın döyüşdə mövqe geriliyi isə bunun əksini deyir...

Yeri gəlmişkən, bu yaxınlarda ehtiyatda olan ukraynalı general-mayor İqor Romanenko Rusiyanın dağılacağını iddia edib.

Ukrayna mediasının verdiyi xəbərə görə, o, parçalanma prosesinin başlanacağı təqdirində Ukraynanın Rusiya torpaqlarının bir hissəsini ələ keçirməli olduğunu bildirib. İqor Romanenkonun fikrincə, Rusiyanın süqutu Sibirin Çin tərəfindən "qəsb olunmasından" sonra başlayacaq.

"Tarixi təcrübə göstərir ki, heç bir imperiya olduğu kimi əbədi surətdə qalmayb", - deyə İ.Romanenko fikrini bu cür əsaslandırıb.

Onun sözlərinə görə, eyni aqibət Rusiyanı da gözləyir və burada əsas məsələ prosesin nə vaxt baş verəcəyi ilə bağlıdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2171   Tarix: 25 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"

20 oktyabr
.

Rus ordusu daha iki kəndi işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Çervonıy Yar və Yulyovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

21 oktyabr
.

Polşada İkinci Dünya müharibəsi dövrünə aid bombaya görə 3 minə yaxın sakin təxliyə edilib

Polşanın Vrotslav şəhərinin təxminən 3 min sakini İkinci Dünya müharibəsi dövrünə aid 250 kiloqramlıq aviabombanın zərərsizləşdirilməsi əməliyyatı səbəbindən öz evlərini tərk etməli olub. xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb. "Bombanın zərərsizləşdirilməsi ilə bağlı potensial təhlük

20 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Çin restoranları çatdırılma tətbiqlərinin hökmranlığına qarşı çıxır

Çində restoranlar yemək çatdırılması platformalarının bazardakı üstünlüyünə qarşı mübarizəni gücləndirirlər. Çatdırılma xidmətləri arasındakı rəqabət restoranların mənfəət marjasını azaldır, eyni zamanda müştərilərin birbaşa restorana gedərək yemək yeməsinə də mənfi təsir göstərir. France 24-ə istinadə

21 oktyabr
.

Marneulidə qadınları nikaha məcbur etmək ittihamı ilə 3 nəfər saxlanılıb

Gürcüstanın Marneuli bələdiyyəsində (azərbaycanlıların kompakt yaşadığı rayon - red.) ailə üzvlərini nikaha məcbur etmək və məişət zorakılığı ittihamları ilə üç nəfər saxlanılıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki

20 oktyabr
.

Bu ölkədə iğtişaşların vurduğu ziyan 1 milyard avronu keçdi

Fransadakı kütləvi iğtişaşlar sığorta şirkətləri üçün etirazların yaratdığı ən bahalı hadisələrdən birinə çevrilə bilər. xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib. Morningstar DBRS analitiklərinin fikrincə, sığortaçıların məruz qaldığı itkilər 1,2 milyard avroya çata bilər. Əgə

21 oktyabr
.

"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır

İran ABŞ prezidenti Donald Trampı siyasi olaraq zəiflətmək üçün danışıqları qəsdən uzadır. Bunu iranlı rəsmilər "Reuters"ə açıqlamada deyiblər. Onların sözlərinə görə, Tehran Trampa seçkiqabağı siyasi qələbə vermək istəmir. "İran ABŞ və İsrailin yeni hücumlarına hazırlaşır, müharibəni

20 oktyabr
.

Həmin ada 5 milyona satılır - Fotolar

Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"

21 oktyabr