"Rusiya fevralın 24-dən qarşıya qoyulan strateji vəzifələrin birini də icra edə bilməyib..."

"Rusiya fevralın 24-dən qarşıya qoyulan strateji vəzifələrin birini də icra edə bilməyib...""Rusiya hərbi rəhbərliyinin səriştəsizliyi dünya birliyi üçün gözlənilməz olub"

Putin narazıdır və generalları bir-birinin ardınca dəyişir

Rusiyada, ehtimal ki, bir neçə general vəzifələrindən kənarlaşdırılıb.

Moderator.az xəbər verir ki, bu barədə şənbə günü, iyunun 25-də öz kəşfiyyatının nəticələrinə istinadən Böyük Britaniyanın müdafiə nazirliyi məlumat verib.

Kəşfiyyatçıların məlumatına görə, iyunun əvvəlindən Rusiya komandanlığı bir neçə generalı müharibədə həlledici komanda vəzifələrindən kənarlaşdırıb. O cümlədən söhbət Hava-Desant Qoşunları komandanı general-polkovnik Andrey Serdyukovdan və Cənub qoşunları qrupunun komandanı olmuş, ehtimal ki, hansısa müddətdə baş əməliyyat komandanı vəzifələrini icra edən Aleksandr Dvornikovdan gedir.

Britaniyalılar qeyd edir ki, indi Cənub qruplaşmasına, ehtimal ki, general-polkovnik Sergey Surovikin komandanlıq edəcək. Bundan öncə o, Rusiyanın Hava-Kosmik Qüvvələrinə rəhbərlik edib, onun 30 illik karyerası ünvanına korrupsiya və qəddarlıq ittihamları ilə müşayiət edilib.

Qeyd edilir ki, Surovikin 1991-ci ildə DFVK-nın qərarı ilə zirehli texnika karvanına şəxsən rəhbərlik edib, insanları qiyam zamanı əzib, nəticədə üç rusiyalı həlak olub.

Bu barədə "İnsider" nəşri yazıb.

2014-cü ildə o, Şərq hərbi dairəsinin komandanı olub, Rostov vilayətində işləyib, Donbasa ona tabe olan tank hissələrinin göndərilməsinə rəhbərlik edib.

1995-ci ildə Surovikin Moskva qarnizonu Hərbi Məhkəməsi tərəfindən bir sıra cinayətlərin törədilməsində günahkar bilinib. O, odlu silah və döyüş sursatlarının əldə edilməsi, satışı, gəzdirilməsində ittiham edilib. Onu 8 il azadlıqdan məhrumetmə cəzası gözləyə bilərdi, amma bir il şərti işlə qurtula bilib.

2017-ci ildə Surovikin Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı olub. Suriyada müharibəyə görə ordenlərlə təltif edilib.

May ayında ЛIГА saytı Ukrayna və Britaniya kəşfiyyatlarına istinadən məlumat verib ki, Rusiyanın Qara dəniz donanmasının rəhbəri vitse-admiral İqor Osipov həbs edilib. Bu, "Moskva" kreyserinin itirilməsindən sonra baş verib. İstintaq hərəkətləri həmçinin Osipovun birinci müavini vitse-admiral Sergey Pinçuka qarşı da başlanıb.

Kəşfiyyatçılar qeyd edib ki, fevralın 24-dən Rusiya bircə strateji tapşırığı da icra etməyib, Rusiyanın hərbi rəhbərliyinin səriştəsizliyi "dünya birliyinin bütün gözləntilərini üstələyib".

Şəxsi heyətin, silahların və texnikanın misli görünməyən itkilərinə görə Rusiyanın 6-cı ordusunun rəhbəri Vladislav Yerşov tutduğu vəzifədən kənarlaşdırılıb. Bu səbəblərdən də Qərb hərbi dairəsinin birinci tank ordusunun komandiri, müddətdən artıq xidmət edənləri Ukraynaya göndərən Sergey Kisel vəzifəsindən azad edilib.

Bundan başqa, müvəqqəti işğal edilən Krımda 22 AK Cənub hərbi dairəsinin komandanı general-mayor Arkadi Mirzoyev və 103-cü maddi-texniki təchizat əlahiddə briqadasının komandiri Mixail Ponomaryov vəzifələrindən kənarlaşdırılıb.

Rusiya generalı Aleksandr Dvornikov aprel ayında Rusiyanın Ukraynadakı qoşunlarının komandanı təyin edilib, artıq iki həftədir ki, nəzərdən itib. Bu barədə "New York Times" qəzeti yazıb. Jurnalistlər güman edib ki, Dvornikov, mümkündür ki, daha Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə rəhbərlik etmir.

Dvornikovun Ukraynada işğalçı qoşunların komandanı təyin edilməsini çoxları Rusiyanın ilkin hərbi planının iflasa uğramasının etiraf edilməsi kimi qəbul edib.

Amerikanın rəsmi şəxslərinin sözlərinə görə, general Dvornikov Rusiyanın dağınıq hava və yerüstü bölmələrini öz hücumlarını koordinasiya etmək üçün vadar etməyə cəhd edib. Lakin son iki həftə ərzində o, ictimaiyyət qarşısına çıxmayıb, bu da bəzi məmurlarda onun indiyədək müdaxilə qoşunlarına rəhbərlik etməsinə şübhə yaradıb.

General Dvornikov idarəçiliyi öz üzərinə götürəndə "qüvvələr döyüşə çox tez bir zamanda cəlb edilib. Bu qərar Moskvadan gəlməli olub", - hərbi ekspertlər qeyd edib. Onların fikrinə görə, prezident Putin indiyədək əməliyyat səviyyəsində qoşunların komandanlığına cəlb edilib.

Dvornikov Rusiya generallarının ən təcrübəlisi və qəddarıdır.

2015-2016-cı illərdə Rusiya qoşunlarının Suriyada qruplaşmasının komandanı olub, elə Ukraynanın şərqində gerçəkləşən, bütöv yaşayış məntəqələrini Yer üzündən silən taktika ilə-güclü artilleriya atəşləri və bombardmanlarla ad çıxarıb./Moderator


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1007   Tarix: 26 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İzmirdə 39 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətinin sahillərində keçirilən əməliyyatlar zamanı 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Məlumat

19 iyul
.

Xameneidən ABŞ-yə sərt ittiham: "Vaşinqton öz əsl üzünü göstərdi"

"ABŞ tərəfindən sazişin dəfələrlə pozulması Amerika prezidentinin imzasının əhəmiyyətsizliyini və etibarsızlığını bir daha nümayiş etdirib". "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xamenei bəyan edib. Onun sözlərinə görə

19 iyul
.

Son 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə

Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b

20 iyul
.

Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi

Böyük Britaniyanın dəmir yolu infrastrukturunu idarə edən "Network Rail" dövlət şirkəti buxar mühərrikli qatarların hərəkətini qadağan edib. Buna səbəb "Harri Potter" filmlərindəki məşhur qatarın təbiətdə yanğına yol açması və bununla əlaqədar yaranan təhlükəsizlik narahatlıqlarıdır

18 iyul
.

İraq Starlink ilə müqavilə imzalayıb

İraq hakimiyyəti ölkə ərazisində internet xidmətlərinin göstərilməsi üçün ABŞ-ın Starlink şirkəti ilə rəsmi müqavilə imzalayıb. Report xəbər verir ki, bu barədə İraqın Media və Kommunikasiya üzrə Dövlət Komissiyasının İcraiyyə Komitəsinin rəhbəri Balıq Əbu Kəlal danışıb. Onun sözlərinə görə, şirkət

18 iyul
.

Vuçiç: Serbiyada insanabənzər robotların istehsalı zavodunun açılışı avqustun 29-da keçiriləcək

Serbiya Prezidenti Aleksandar Vuçiç avqustun 29-da Şabats şəhərində insanabənzər robotların istehsalı zavodunun açılışının olacağını bildirib. "Report"un Balkan bürosunun məlumatına görə, A. Vuçiç bu barədə "Informer"ə açıqlamasında danışıb. "Səhv etmirəmsə, avqustun 29-da Şabatsd

19 iyul
.

İranda 2 zəlzələ oldu - Yaralılar var

İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib

20 iyul
.

Dünya Bankı Ermənistan iqtisadiyyatı üçün risklər barədə xəbərdarlıq edib

Dünya Bankı (DB) xəbərdarlıq edib ki, Rusiyanın Ermənistanın kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri davam etdirməsi və genişləndirməsi təkcə xarici ticarətə deyil, həm də Ermənistan iqtisadiyyatının artımına, inflyasiyaya və sosial vəziyyətə mənfi təsir göstər

18 iyul
.

Aİ Karib hövzəsi ölkələrindən "qızıl pasport"ların verilməsini dayandırmağı tələb edib

Avropa İttifaqı (Aİ) Karib hövzəsinin beş ölkəsindən investisiya müqabilində vətəndaşlıq verilməsi proqramlarını iki il ərzində dayandırmağı tələb edərək əks halda vizasız rejimin ləğv ediləcəyi ilə hədələyib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb

19 iyul