"PARAZİT CÜTLÜYÜ" QAZAXISTANDAN NƏ İSTƏYİR? – Və Keosayanın adı niyə terrorçular siyahısına salınıb?

"PARAZİT CÜTLÜYÜ" QAZAXISTANDAN NƏ İSTƏYİR? – Və Keosayanın adı niyə terrorçular siyahısına salınıb?"Mən mütləq Qazaxıstana gedəcəyəm və bunun üçün Qazaxıstan hakimiyyətindən icazə almayacağam. O an gələcək və mən mütləq böyüdüyüm doğma, sovet Qazaxıstanına gedəcəyəm".

Bunları Kremlin əsas təbliğatçılarından olan Marqarita Simonyanın əri Tiqran Keosayan Rusiya mətbu orqanlarından birinə açıqlamasında deyib.

Keosayanın bu sözləri söyləməsinə səbəb Qazaxıstan hakimiyyətinin onun ölkəyə girişinə qadağa qoymaqla yanaşı, adını terrorçularla eyni siyahıya salmasıdır. Qazaxıstanın bu addımı isə təsadüfi deyil. Məlum olduğu kimi, Keosayan bir müddət əvvəl Qazaxıstanla Rusiya arasında siyasi gərginliyə səbəb olan təxribat və hədə-qorxu mesajları ilə çıxış etmişdi. Simonyanın əri Rusiyanın ətrafındakı ölkələrin tərəf seçməli olduğunu deyib və birmənalı olaraq Rusiyanı dəstəkləməyənlərin düşmən elan edilməli olduğunu bildirib. Erməni əsilli "rus vətənpərvəri" Moskvanın Qazaxıstan hakimiyyətini xilas etdiyini, əvəzində isə bu ölkədə 9 may "Qələbə paradı"nın təxirə salınmasını satqınlıq kimi qələmə verib: "Ukraynaya diqqətlə baxın, ciddi düşünün. Düşünürəm ki, bizim səlahiyyətli şəxslərin də (Qazaxıstanla-red.) əlaqələrin səviyyəsini yenidən qiymətləndirməsi lazımdır". Həmin vaxt Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü demişdi ki, Keosayanın bu fikirləri "Qazaxıstanla Rusiya arasındakı münasibətlər atmosferini zəhərləməyə" xidmət edir. O, həmçinin Keosayanın Qazaxıstana girişinə qadağa qoyulacağını və onun adının "arzuolunmaz şəxslər" siyahısına salınacağını bildirmişdi. Bugünlərdə isə məlum olub ki, Keosayanın adı nəinki "arzuolunmaz şəxslər", hətta terrorçular siyahısına salınıb.

Maraqlıdır ki, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev də son Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Keosayanın arvadı Simonyanın Qazaxıstanın mövqeyilə bağlı eyni məzmunlu sualları ilə qarşılaşıb. Simonyanın suallarına kifayət qədər sərt və birmənalı cavablar verən Tokayev ölkələrin ərazi bütövlüyünün toxunulmazlığının tərəfdarı olduğunu söyləməklə yanaşı, ad çəkmədən Keosyanın da açıqlamalarını sərt şəkildə pisləyib.

Ancaq göründüyü kimi, Qazaxıstan cəmiyyətinin və ölkə başçısının bütün bu narazılıqlarına, təpkilərinə rəğmən Keosayan yenə başından böyük təxribatçı açıqlamalarını dayandırmır. Onun "nə vaxtsa sovet Qazaxıstanına qayıdacağına" dair söylədikləri də Rusiyanın işğalçılıq planlarının və bununla bağlı apardığı təhdid və hədə-qorxu siyasətinin tərkib hissəsidir. Təbii ki, Kremlin "hürdürdüyü" heç kimdə şübhə doğurmayan bu varlığın həm Qazaxıstanı Ukraynanın gününə qoymaqla hədələməkdə, həm də gələcək "sovet Qazaxıstanı" barədə danışmaqda əsas məqsədi ona verilən sifarişləri yerinə yetirməkdir və bütün bunlardan sonra təbii ki, Qazaxıstan haqlı olaraq onu terrorçularla eyni sırada görür.

Ümumiyyətlə, Simonyan-Keosayan cütlüyünə Rusiyanın hələ də ağlı başında olan ziyalılarının, siyasətçilərinin, incəsənət və mədəniyyət xadimlərinin münasibəti olduqca mənfidir. Onlara ən düzgün və layiqli adı isə Rusiya müxalifətinin lideri sayılan Aleksey Navalnı verib: "Parazit cütlüyü"!

Rusiyalı jurnalist Slava Taroşina isə bu ailə ilə bağlı deyib: "Simonyan-Keosayan ailə tandeminin əmələ gəlməsindən sonra Rusiya təbliğatı özünün son cizgilərini cızmış oldu – "hər şey etmək olar, heç nə ayıb deyil""./AzPolitika.info


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1290   Tarix: 26 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"

20 oktyabr
.

Rus ordusu daha iki kəndi işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Çervonıy Yar və Yulyovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

21 oktyabr
.

Polşada İkinci Dünya müharibəsi dövrünə aid bombaya görə 3 minə yaxın sakin təxliyə edilib

Polşanın Vrotslav şəhərinin təxminən 3 min sakini İkinci Dünya müharibəsi dövrünə aid 250 kiloqramlıq aviabombanın zərərsizləşdirilməsi əməliyyatı səbəbindən öz evlərini tərk etməli olub. xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb. "Bombanın zərərsizləşdirilməsi ilə bağlı potensial təhlük

20 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Çin restoranları çatdırılma tətbiqlərinin hökmranlığına qarşı çıxır

Çində restoranlar yemək çatdırılması platformalarının bazardakı üstünlüyünə qarşı mübarizəni gücləndirirlər. Çatdırılma xidmətləri arasındakı rəqabət restoranların mənfəət marjasını azaldır, eyni zamanda müştərilərin birbaşa restorana gedərək yemək yeməsinə də mənfi təsir göstərir. France 24-ə istinadə

21 oktyabr
.

Marneulidə qadınları nikaha məcbur etmək ittihamı ilə 3 nəfər saxlanılıb

Gürcüstanın Marneuli bələdiyyəsində (azərbaycanlıların kompakt yaşadığı rayon - red.) ailə üzvlərini nikaha məcbur etmək və məişət zorakılığı ittihamları ilə üç nəfər saxlanılıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki

20 oktyabr
.

Bu ölkədə iğtişaşların vurduğu ziyan 1 milyard avronu keçdi

Fransadakı kütləvi iğtişaşlar sığorta şirkətləri üçün etirazların yaratdığı ən bahalı hadisələrdən birinə çevrilə bilər. xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib. Morningstar DBRS analitiklərinin fikrincə, sığortaçıların məruz qaldığı itkilər 1,2 milyard avroya çata bilər. Əgə

21 oktyabr
.

"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır

İran ABŞ prezidenti Donald Trampı siyasi olaraq zəiflətmək üçün danışıqları qəsdən uzadır. Bunu iranlı rəsmilər "Reuters"ə açıqlamada deyiblər. Onların sözlərinə görə, Tehran Trampa seçkiqabağı siyasi qələbə vermək istəmir. "İran ABŞ və İsrailin yeni hücumlarına hazırlaşır, müharibəni

20 oktyabr
.

Həmin ada 5 milyona satılır - Fotolar

Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"

21 oktyabr