FHN-in təlimatçısı Türkiyədəki yanğınlardan danışdı
Türkiyədə yanğın olan ərazilərə 120 tondan artıq su boşaltmışıq, bununla da yanğınların lokallaşdırmasına nail olmuşuq.
Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) uçuş mühəndis təlimatçısı Cavid Qəhrəmanlı Report-a açıqlamasında deyib.
"Heç istəməzdik ki, qardaş Türkiyədə bu cür fövqəladə hadisə olsun, amma digər tərəfdən də bizim üçün yanğınların söndürülməsində iştirak etmək böyük şərəfdir. Qarşımıza qoyulan bütün tapşırıqları tam yerinə yetirmişik. Mərkəzləşdirilmiş yerli koordinasiya mərkəzinin yeni tapşırıqlarını gözləyirik. Lazım olduğu təqdirdə mərkəzdən verilən koordinatlara uyğun olaraq yenidən yanğınsöndürmə prosesində iştirak edəcəyik", - təlimatçı deyib.
C.Qəhrəmanlı amfibiya tipli təyyarənin çətin və məsuliyyətli missiyasından bəhs edib:
"Amfibiya tipli təyyarələr ekstremal şəraitdə idarə olunduğuna görə digərləri ilə müqayisədə xüsusi hazırlıq tələb edir. Bizim ekipaj da yüksək peşəkarlığı ilə seçilir. Aramızda gənc pilotlar da var, onlar da burada vacib təcrübə qazanır və indiyədək qarşıya qoyulan bütün tapşırıqların icrasında hansısa ciddi problem yaşamamışıq"./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)