Müasir Azərbaycan filmləri niyə izlənilmir? - AÇIQLAMA
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır.
Azərbaycan kinoları xalqımız tərəfindən hər zaman sevilərək izlənilir. Amma hər kəsə bəllidir ki, müasir filmlərlə müqayisədə keçmiş kinoların tanınması, izlənməsi daha zəifdir. Bəs müasir filmlərin retro kinolarımız qədər izlənilməməsinin səbəbi nədir?
Mövzu ilə bağlı Sonxeber.az saytına Azərbaycan Kinematoqrafçılar İttifaqı mətbuat katibi Əli Cabbarov açıqlama verib.
O bildirib ki, Azərbaycan televiziyaları milli kinolarımızı kifayət qədər təbliğ etmir:
"Ölkəmizdə televiziyaların sayı azdır, ən azı 3 dəfə artırılmalıdır. Xalqın qəlbinə yatmış filmlər dəfələrlə televiziyada göstəriləndən sonra insanların yaddaşına həkk olunur. Bizim 10 milyonluq əhalimiz var. 10 milyonluq əhalimizə yeni yerli kinoları daha çox göstərməliyik ki, insanlar kinolarımızı tanısınlar. Kinoteatrlarda milli kinolara yer az ayırırlar, satış az olur. Mədəniyyət Nazirliyinin aiddiyyatı şöbəsi bununla bağlı tədbir görməlidir. Məsuliyyəti kinoteatrlar və telekanallar daşıyır.
Müasir Azərbaycan filmi hazırda beynəlxalq sferalara çıxır. "Nar bağı" filmi beynəlxalq mükafat alıb. Türkiyədə televiziyada göstərilsə belə, bizdə efirə getmir. Yeni Azərbaycan filmlərini təəssüf ki təbliğ eləmirlər. Azərbaycan filmlərinin nümayişi daha çox gedərsə, bir o qədər tanınar".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)