Bakıda kürəkən qaynının gözünü çıxarıb

Bakıda kürəkən qaynının gözünü çıxarıbBakıda qaynının gözünü çıxaran 38 yaşlı Tural Məmmədquluyevə hökm oxunub.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxsə şərti cəza verilib və o, iyunun 22-də məhkəmə zalından azadlığa buraxılıb.

Araşdırmalar zamanı məlum olub ki, Tural Məmmədquliyev 2011-ci ildə ailə həyatı qurub. Lakin 2021-ci ildə onun həyat yoldaşı ilə münasibətləri pozulub. Bu səbəbdən qadın onu tərk edərək 2 övladı ilə birgə anasının Qaradağ rayonu Müşfiq qəsəbəsindəki evinə köçüb. Daha sonra isə Turalın qayınları ilə münasibəti pisləşib.

Bu ilin yanvarında isə şirkətlərdən birində fəhlə işləyən Turalın qaynı Allahverənin "Alik" ləqəbli dostu ona zəng edib. Həmin şəxs Turala Allahverəni və ailəsini narahat etməsi haqda irad bildirib. Bundan sonra Tural qaynına ailə məsələsi barədə dostuna danışdığı üçün əsəbiləşib. O, yanvarın 23-də saat 21 radələrində qayınanasının evinə gedib, lakin Allahverən evdə olmayıb. Daha sonra küçəyə çıxan Tural Allahverənin gəldiyini görüb və onunla mübahisə edib. Bu zaman həmin şəxs qəfil hərəkətlə qaynının gözünə zərbə endirib. Zərbənin təsirindən Allahverən yıxılıb və gözündən qan gəlib. Dərhal xəstəxanaya çatdırılan şəxsin gözünün çıxdığı və bir gözünün görmə qabiliyyətinin tam itirilməsi diaqnozu qoyulub. Daha sonra ailəsi Allahverəni Türkiyəyə aparıb müalicə etdirmək istəsə də, orada da onun gözünün görmə qabiliyyətinin bərpa edilməsinin mümkünsüz olduğu, gözün daxili möhtəviyyatının xaric olduğunu bildiriblər və şüşə göz qoyublar.

Məhkəmədə zərərçəkmiş şəxs Turalı bağışladığını və onun həbsdən azad edilməsini istədiyini deyib.

Hadisəni törədən şəxs də qaynını yumruqla vurarkən onun gözünün çıxacağını düşünmədiyini və belə bir niyyətinin olmadığını, hava qaranlıq olduğu üçün belə bir halın yaşandığını deyib. O, əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu ilin 14 fevral tarixindən həbsdə saxlanılan şəxs məhkəmə zalından azadlığa buraxılıb və ona 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1141   Tarix: 30 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr