Sumqayıtda qadını təpiklə avtobusdan itələyən sürücü işə geri qaytarılacaq?-AÇIQLAMA
Ötən gün Sumqayıt şəhərində 12 saylı sərnişin avtobusunda sürücü və sərnişin arasında münaqişə baş verib. Yayılan görüntülərə əsasən dayanacaqdan kənarda düşmək istəyən sərnişin xidmət başında olan sürücünü təhqir edərək, ona əl çantası ilə xəsarət yetirib.
Sonxeber.az saytı məsələ ilə bağlı "Sumqayıt Nəqliyyat" MMC ilə əlaqə saxlayıb.
Bildirilib ki, sürücü işdən kənarlaşdırılıb, araşdırmalar davam etdirilir. Əgər sürücünün günahkar olmadığı sübut olunarsa, o işinə geri qaytarılacaq.
Mövzuya psixoloq Edison Quliyev də rəy bildirib. O qeyd edib ki, xidmət sahəsində kütlə ilə işləyən insanlar xüsusilə yoxlanılmalıdır.
"İşçinin psixoloji durumu, aqressivliyinə meyilli olub-olmamasına diqqət edilməlidir. Çox təəssüf hazırda müəyyən təcrübəsi olan şəxslər psixoloji sınaq olmadan əmək müqaviləsini davam etdirir. Sürücü işə götürülərkən psixoloqun iştirakı ilə onunla praktiki söhbətlər aparılmalıdır, ünsiyyət mədəniyyəti ilə əlaqədar məsləhətlər verilməlidir. Bütün peşələrdə belə yoxlamalar olmalıdır".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5366 Tarix: 30 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrEyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabr