"Avtobusların sayının artırılması həll yolu deyil" - Mais Ağayev
Avtobusların 15-20 dəqiqədən bir hərəkət etməsi sərnişin sıxlığına səbəb olur. Nəticədə sərnişinlərdə psixoloji gərginlik yaranır və avtobuslarda dava halları çoxalır.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, problemin həll yolu avtobus zolaqlarının artırılmasıdır:
"Bu barədə biz özümüz də məlumat veririk ki, sərnişinlər avtobusların hərəkətində müəyyən çətinlik olduğunu bilsinlər. Bu çətinliklərin olmaması, müəyyən olunmuş interval üzrə hərəkətə nail olmaq üçün ən optimal həll yolu avtobus zolaqlarının əhatə dairəsinin genişləndirilməsi və eyni zamanda onlara nəzarətin gücləndirilməsidir. Digər sürücülərin avtobus zolağının tələbinə uyğun hərəkət etməməsi nəticəyə nail olmağa imkan vermir. Avtobusların sayının artırılması həll yolu deyil. Əgər yolda tıxac varsa, avtobus sayını artırmaqla tıxacda qalan nəqliyyat vasitəsinin sayını artırmış olarıq. Çünki həmin avtobuslar da tıxacda qalacaqlar. Amma avtobusların önü açılsa, digər nəqliyyat vasitələri daxil olmasa, avtobus rahat hərəkət edəcək, interval da müəyyən olunmuş 5-6 dəqiqə arasında dəyişəcək".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1562 Tarix: 30 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr