Uşağı da, böyüyü də narahat edən yeni virus: "Gün ərzində yeddi-səkkiz dəfədən çox qusursa..."
Son günlər həm uşaqlar, həm də böyüklər arasında qızdırma, halsızlıq, qusma ilə müşahidə edilən xəstəlik yayılıb. Tez-tez sosial şəbəkələrdə bu barədə paylaşımlar görürük.
İnsanlar adətən iki gün davam edən xəstəliyin nə olduğunu bilmirlər. Əsas simptomlar – başağrısı, ishal, qusma, qızdırma və halsızlıqdır. Bəs bu, infeksion xəstəlikdirmi? Adamların özlərini bu cür hiss etmələrinə səbəb nədir?
Oxu.Az-ın bu və digər suallarını Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Əkbər Quliyev cavablandırıb.
O bildirib ki, yay aylarında bir neçə güclü virus var ki, istiyə dözümlü olduğundan artıq onların fəsadlarını görürük:
"Xüsusilə uşaqlarda bu viruslara yoluxmalar müşahidə edilir. Virusların xüsusiyyəti belədir ki, qızdırma, ishal, qusma, qarın ağrısı ilə müşahidə edilir. İki günə yaxın qızdırma davam edir, qusma olur. Uşaqlar sadəcə yüngül maye qəbulu və pəhrizlə bu xəstəlikdən sağalırlar. Yox, əgər uşaq gün ərzində yeddi-səkkiz dəfədən artıq qusursa (və ya ishal olursa), ağızdan heç bir qida qəbulu mümkün olmursa, hərarət yüksək olursa, artıq Həkimə müraciət etmək lazımdır".
Həkim günvurma ilə bağlı məsələyə də münasibət bildirib:
"Valideynlərin diqqətinə çatdırılır ki, səhər saat 11-ə qədər və saat 16:00-dan sonra uşaqların Günəş şüaları qəbul etmələri yaxşıdır. Digər saatlarda Günəş şüaları uşaqlara zərərlidir. Günvurma simptomları - halsızlıq, güclü yuxuya meyillilik, ishal, qusma, hərarət və digər şikayətlər - varsa, diqqətli olsunlar. Uşaqları kölgəyə çəkib az-az su içirmək lazımdır. Yox, əgər əhval-ruhiyyəsində ciddi mənfiyə doğru dəyişiklik sezilərsə, huşu özündə olmayan vəziyyətdə olarsa, dərhal həkimə müraciət edilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir