Paşinyan güzəştə getmək üçün bunu dedi?
Ermənistanın bir qrup eksperti hesab edir ki, Baş nazir Nikol Paşinyan son müsahibəsində "Azərbaycan müharibəyə hazırlaşır" cümləsiylə erməni cəmiyyətini güzəştlərə hazırlamaq istəyib. Yəni Paşinyan erməni cəmiyyətinə demək istəyib ki, bəzi addımlar atılmasa, Azərbaycan müharibəyə başlayacaq. Paşinyanın Laçın və ətraf kəndlərin boşaldılmasıyla bağlı cümləsi bununla əlaqələndirilir.
Sonxeber.az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın onlayn mətbuat konfransı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.
Politoloq vurğulayıb ki, Laçın şəhərinin və Laçın yolu boyu kəndlərin boşaldılması Paşinyanın güzəşti deyil:
"O, sadəcə 2020-ci il 10 noyabr bəyanatını yerinə yetirir və Laçın şəhərinin və Laçın yolu üzərindəki bir neçə kəndin Azərbaycana təhvil veriləcəyi erməni cəmiyyətinə əvvəlcədən bəlli idi.
Nikol Paşinyanın müsahibəsində Minsk Qrupunu diriltməyə çalışacağını vurğulaması sərhəd məsələsini həll etməyə və sülh sazişini imzalamağa həvəsili olmadığını göstərir. Onun Zəngəzur dəhlizinə müqavimətini davam etdirəcəyini söyləməsinə diqqət yetirmək lazımdır. Paşinyan bir tərəfdən cəmiyyətini yeni müharibə ilə qorxutmağa çalışır, digər tərəfdən İkinci Qarabağ müharibəsinin ölkəsi və milləti üçün ağır nəticələrini unutmağa çalışır. Əks halda razılaşdırılan məsələlərin həllini uzatmazdı".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1103 Tarix: 30 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr