Ermənilər niyə Kəlbəcəri hədəfə alıb?-AÇIQLAMA
Ermənistan Silahlı Qüvvələrinin bölmələri müharibənin bitməsinə baxmayaraq torpaqlarımızı hələ də atəşə tutur. Post-müharibə dövründə bir reallığı müşahidə edirik ki, Ermənistan tərəfi yekun sülh müqaviləsinə doğru istənilən irəliləyişdən sonra hər dəfə yeni bir təxribata əl atırlar. Düşmən son günlərdə ən çox Kəlbəcər istiqamətindən atəşkəsi pozur.
Niyə məhz Kəlbəcər hədəfdədir ?
Mövzu ilə bağlı Sonxeber.az saytına Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlama verib.
O bildirib ki,ən çox təxribatların müşahidə olunduğu istiqamət Kəlbəcərdir. Əlbəttə, niyə məhz Kəlbəcər istiqamətinin seçilməsinin səbəbini hərbiçi ekspertlər daha yaxşı şərh edə bilər. Lakin, düşünürəm ki, bu ilk növbədə coğrafi şəraitlə bağlı ola bilər. Ola bilsin ki, ermənilər mürəkkəb relyefə güvənərək belə cəsarət tapırlar.
"Nəzərə alsaq ki, bütün sərhədboyu ərazilərdə üstünlük Azərbaycan tərəfdədir, eyni zamanda Vətən müharibəsində Ermənistan ordusunun əsgərlərinin döyüş ruhu da məhv edilib.
Yəni ermənilərin atəşkəsi pozmaq cəhdləri ilə nəyəsə nail olması mümkün deyil, əksinə hər dəfə onlar özlərini də, Ermənistanı da məhvə doğru yaxınlaşdırır, bölgədə yaranan sülh perspektivinə isə zərbə vururlar. Bu mənada Ermənistan hakimiyyəti bu silahlı təxribatlara görə cavab verməli, yəni məsuliyyəti boynuna götürərək Azərbaycan tərəfinin bu tamaşaya son qoyacaq öldürücü və yekun cavabına hazır olmalıdır. Digər halda Paşinyan etiraf etməlidir ki, orduya nəzarət edə bilmir və Azərbaycan tərəfi də bölgədə sülh mühiti üçün təhlükə yaradan bu quldur dəstəsini zərərsizləşdirməyi öhdəsinə götürə bilər.
Bilirsiz ki, bir neçə gün öncə müzəffər Ali Baş Komandan şəxsən Kəlbəcərdə "Komando" hərbi hissəmizin açılışını etdi. Elə bu hərbi hissə qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə, o cümlədən qalib dövlətin mövqelərinin atəşə tutulmağının nə demək olduğunu ermənilərə başa salmaq üçün yetərli güc, imkan və təcrübəyə sahibdir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir