"Əgər Rusiya qalib gələrsə, Polşanın vəziyyəti dramatik olacaq..."

"Əgər Rusiya qalib gələrsə, Polşanın vəziyyəti dramatik olacaq...""Rusiya siyasi və strateji cəhətdən bu müharibəni uduzur..."

"Ukrayna daha əlverişli vəziyyətdədir, çünki Qərbin geniş dəstəyinə bel bağlaya bilər"

"Hazırda NATO-nun strategiyası Rusiya təhlükəsindən müdafiə konsepsiyasına çevrilməkdədir"

Polşa Putinin Ukraynadan sonrakı hədəfini açıqlayıb
Polşanın milli təhlükəsizlik Bürosunun sabiq rəhbəri general Stanislav Kozey Rusiyanın Ukraynadan sonrakı hədəfini açıqlayıb.

Bu barədə Polşanın "Dzennik polski" qəzeti yerli "Radio zet" nəşrinə istinadən yazıb.

General ehtiyat edib ki, bu hədəf Polşanın 100 km-lik ərazisi olan, Belarusla Kalininqrad vilayəti arasında yerləşən Suvalki rayonu vasitəsilə Kalininqradla quru əlaqənin yaradılması olacaq.

"Polşanın təhlükəsizliyi Ukraynadakı müharibənin nəticələrindən asılıdır, - ekspert buna əmindir. - Əgər Rusiya qalib gələrsə, bizim vəziyyətimiz dramatik olacaq. Putin yeni zərbələr endirməyə hazırdır".

Polşanın milli təhlükəsizlik Bürosunun sabiq rəhbəri xatırladıb ki, hal-hazırda, İsveç və Finlandiyanın NATO-ya daxil olduğu dönəmdə, Kalininqrad Rusiyanın strateji, eyni zamanda təcrid edilmiş bazasıdır.

"Mən bu gün kimin-Rusiyanın, yoxsa Ukraynanın qalib gələcəyini söyləyə bilmərəm, - general Kozey deyib. - Mən hərbi mənada qələbəni nəzərdə tuturam. Rusiya siyasi və strateji cəhətdən bu müharibəni uduzur. Ona görə də Ukraynada müharibə davam etdikcə, düşünürəm ki, Polşaya hərbi müdaxilə təhlükəsi yoxdur".

Kozeyin fikrinə görə, Moskva Ukraynada müharibənin getdiyi müddətdə "Suvalki dəhlizi" ilə məşğul olmayacaq, ehtimal edilən ssenari isə hər iki tərəfə lazım olan fasilə səbəbindən dondurulmuş münaqişə ola bilər.

"Ukrayna bu müharibəni uduza bilər, - Stanislav Kozey güman edir. - Amma problem bu məğlubiyyətin necə təsvir edilməsindədir. Çünki hələlik hər iki tərəf uduzur. Onlar böyük itkilərə məruz qalır. Lakin Ukrayna daha əlverişli vəziyyətdədir, çünki Qərbin geniş dəstəyinə bel bağlaya bilər".

General əlavə edib ki, hazırda ikinci "soyuq müharibə" gedir, ona görə də NATO gözlənilməz şərait üçün daimi operativ planlar işləyib hazırlayır.

"İndiyədək NATO-nun güc strukturları böhranlara reaksiya verməyə istiqamətlənib, - Kozey Şimali Atlantika İttifaqının yeni strategiyasını dəyərləndirib. - Hazırda bu strategiya Rusiya təhlükəsindən müdafiə konsepsiyasına çevrilir./Moderator


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1848   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü

ABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr ölkənin əsas liman şəhərlərindən biri olan Bəndər-Abbası İranın digər hissələri ilə nəqliyyat əlaqələrindən təcrid edib. xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bombardmanlar nəticəsində 500 min nəfər əhalisi olan v

19 iyul
.

Rekord isti bir həftədə 3 mindən çox insanı öldürdü

İyunun sonlarında, 22-dən 28-dək davam edən isti hava dalğası zamanı Fransanın İl-de-Frans bölgəsində təxminən 300 insan ölüb. Bu rəqəm normal ölüm nisbətindən iki dəfə çoxdur. bildirir ki, "Le Monde" qəzeti bu barədə Fransa Milli Səhiyyə Agentliyinin məlumatlarına istinadən açıqlama yayıb

19 iyul
.

NYT: İranın İordaniyadakı bazalara zərbələrində onlarla ABŞ hərbçisi yaralanıb

İranın İordaniyadakı ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində onlarla amerikalı hərbçi yaralanıb, çox sayda helikopter isə zədələnib. "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, son be

19 iyul
.

İranın İordaniyaya zərbələrində ABŞ-nin iki hərbi qulluqçusu həlak olub

İranın İordaniyaya zərbələri nəticəsində ABŞ-nin iki hərbi qulluqçu həlak olub. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, hazırda bir hərbçi itkin düşmüş hesab olunur. "İyulu

19 iyul
.

Rusiyada bu cinayətlərə görə tutulanların hamısı müharibəyə göndəriləcək

Rusiya Dövlət Dumasına Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq təqsirləndirilən şəxslərin və məhkumların həbsdən yayınmasının mümkün olduğu cinayət əməllərinin siyahısını genişləndirən qanun layihəsi təqdim edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Rusiya hökuməti Dövlət Dumasına həbsxanalard

19 iyul
.

WSJ: İran ABŞ-nin bölgədəki əsas hərbi obyektlərinə zərbə endirmək gücünə malikdir

İran ABŞ-nin raketdən müdafiə sistemlərinə uyğunlaşıb və bu ölkənin Yaxın Şərqdəki bazalarında xüsusi əhəmiyyətli hərbi obyektləri vurmaq qabiliyyətinə malikdir. "Report" xəbər verir ki, bu barədə amerikalı rəsmilərə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb

19 iyul
.

ABŞ tarixində ilk dəfə xarici terrorçuların ölkədən çıxarılması mexanizmi işə salınıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici terrorçu kimi tanınan şəxslərin ölkədən çıxarılması üçün indiyədək istifadə olunmamış hüquqi mexanizmi tətbiq edib. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Hakim Coan Eriksenin qərarında qeyd olunur ki, 2026-cı il iyulun 15-d

19 iyul
.

Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır

ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır. "Report" xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib. "Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərki

19 iyul
.

Macarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?

Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək. xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb. O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiy

19 iyul