Rusiya müharibə vəziyyətinə keçir: İqtisadiyyatın çökmə təhlükəsi var
Rusiya Federasiyasının hakimiyyət orqanları Ukraynadakı müharibəni dəstəkləmək üçün iqtisadiyyatını "xüsusi öhdəliklərə" hazırlayır.
Sonxeber.az dünya mətbuatına istinadla xəbər verir ki, bu qənaətə Müharibə Tədqiqat İnstitutunun (ISW) analitikləri gəlib. Ekspertlər hesab edir ki, Ukraynada uzunmüddətli müharibəyə hazırlaşan Rusiya öz ordusuna maliyyə dəstəyi üçün şərait yaradır.
Analitiklərin fikrincə, Rusiya Federasiyasının Dövlət Dumasına Rusiya silahlı qüvvələrinə dəstək üçün Rusiya müəssisələrini məcbur edən "iqtisadi sahədə xüsusi tədbirlərin tətbiqini" nəzərdə tutan qanunvericilik düzəlişi təqdim edilib.
Bildirilir ki, dəyişiklik Rusiya müəssisələrinə "xüsusi hərbi əməliyyat" üçün dövlət sifarişlərini qəbul etməkdən imtina etməyi qadağan edəcək. Eyni zamanda Kremlə işçilərin müqavilələrini və iş şərtlərini, məsələn, işçiləri gecə və ya bayram günlərində işləməyə məcbur etmək kimi dəyişdirməyə şərait yaradacaq.
Dəyişiklikdə qeyd edilir ki, Ukraynada davam edən "xüsusi hərbi əməliyyat"da hərbi texnikanın təmiri üçün lazım olan materiallar da daxil olmaqla təchizat çatışmazlığı aşkar edilib. Buna görə, Rusiya rəsmilərinin "səylərini iqtisadiyyatın müəyyən sektorlarında cəmləşdirməli" olduğu bildirilib.
Eyni zamanda analitiklər Moskvanın Zaporojye Atom Elektrik Stansiyasının (AES) Rusiyanın enerji sisteminə inteqrasiyası istiqamətində addımlar atdığına dair siqnalları müşahidə ediblər. Bu isə, Rusiya Federasiyasının Zaporojye AES-in Ukraynaya elektrik enerjisi satması ilə bağlı əvvəlki bəyanatlarına ziddir.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov bildirmişdi ki, Ukrayna ordusunun qələbəsi Rusiya iqtisadiyyatının çökməsi potensialını hər gün artırır. Onun sözlərinə görə, problem artıq bütün Rusiya iqtisadiyyatında özünü göstərir və 2022-ci ilin sonuna qədər daha güçlü hiss olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya alanların DİQQƏTİNƏ!
Falçının məsləhəti ilə lotereyada 8 qazandı
Daha bir gənc dənizdə boğuldu
Nigar Fərhad vətəndaşın 11 min 500 manatını mənimsəyib? - ŞİKAYƏT
Ötən gün yayılan video ilə bağlı - Nazirlikdən açıqlama
Göldə boğulub ölən ata-qızın - Fotoları
Baş Prokurorluq "Dr. Gülü" ilə bağlı məlumat yaydı
Kartof qabığının gizli gücü: Zibilə atmayın
Coşqun Qarayevin yerinə o təyin edildi
Lökbatanda baş verən yanğın söndürüldü - VİDEO
Dünyanın ortasındakı nəhəng qoruyucu maneə: Ekvatorda fırtına niyə olmur?
Evə girən nəhəng çəyirtkənin su içməsi diqqət çəkdi - VİDEO
60 km-lik "ölüm yolu": Niyə hələ də turistləri cəlb edir?
5 gün vaxt qoyulub - Poliklinikalarda vəziyyət belədir
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ